• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası Təhsil nazirinin əmri

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin təşkili və keçirilməsi prosesinin tənzimlənməsi məqsədi ilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.30-cu, 8.39-cu və 13.5-ci bəndlərini rəhbər tutaraq

 

əmr edİrəm:

 

1. 2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin təşkili və keçirilməsi təmin edilsin.

2. Peşə təhsili müəssisələrində 2020-2021-ci tədris ili üçün ümumtəhsil fənləri üzrə vakant olan vəzifələrə müəllimlərin işə qəbulu imtahanında uğur qazanmış namizədlərlə müsahibələr Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən (P.Yusifov) təşkil edilsin.

3. 2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulunun keçirilməsi ilə əlaqədar Apelyasiya komissiyasının tərkibi təsdiq edilsin (əlavə olunur).

4. Təhsil  İnstitutuna (E.Əmrullayev) tapşırılsın:

4.1. müsabiqənin keçirilməsi üçün müvafiq ixtisaslar üzrə test tapşırıqlarının hazırlanmasını təmin etsin;

4.2. cari ilin avqust ayının 15-dək ümumi təhsil müəssisələrində vakant müəllim yerləri barədə məlumatın toplanılmasını və təhlilini təmin etsin;

4.3. elektron test imtahanının keçirilməsi ilə bağlı zəruri təşkilati və təhlükəsizlik tədbirlərini həyata keçirsin;

4.4. imtahan nəzarətçilərinin seçimini və müəyyən olunmuş nəzarətçilərin    təlimatlandırılmasını həyata keçirsin;

4.5. Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqəyə cari ilin 16-25 iyul tarixlərində elektron ərizələrin qəbulunu təşkil etsin;

         4.6. mövcud pandemiya şəraitində sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq, yoluxma riskinin azaldılması məqsədilə müsabiqədə yalnız hazırda dövlət ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi əsasında çalışmayanların iştirakını təmin etsin;

4.7. Bakı şəhəri üzrə Təhsil İdarəsi (R.Tağıyev) ilə birlikdə yekun müsahibə mərhələsi üçün komissiyaların təşkil edilməsini, direktor və ixtisas müəllimlərinin cəlb edilməsini təmin etsin;

4.8. müsabiqənin müsahibə mərhələsinin onlayn formada həyata keçirilməsi  üçün zəruri tədbirləri həyata keçirsin.

5. Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinə (V.Xanlarov) tapşırılsın:

5.1. müsabiqələr zamanı istifadə olunacaq proqram təminatının fasiləsiz fəaliyyətini və dayanıqlığını təmin etsin;

5.2. proqram təminatının təhlükəsizliyini artırmaq məqsədi ilə əlavə dəyişikliklərin edilməsini təmin etsin;

5.3. imtahan mərkəzlərində kompüter və lazımi əlavə avadanlıqların hazır vəziyyətə gətirilməsini təmin etsin;

5.4. imtahan mərkəzləri ilə Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi arasında təhlükəsiz bağlantını təmin etsin və məlumatların təhlükəsiz saxlanılmasına şərait yaratsın.

6. Əsaslı Tikinti və Təchizat İdarəsi (A.Axundov) müsabiqələrin təşkili və keçirilməsi üçün zəruri avadanlıqların quraşdırılması, sazlanması, maddi-texniki təchizatın təmin olunması məqsədi ilə mal, iş və xidmətlərin satın alınması ilə əlaqədar tələb olunan zəruri tədbirləri həyata keçirsin.

7. Məxfi və dövlət nümunəli sənədlərlə iş sektoru (R.Məmmədov) müəllimlərin işə qəbulu və yerdəyişməsi üzrə müsabiqələrin müsahibə mərhələsində namizədlərin təhsil sənədlərinin yoxlanılmasını təmin etsin.

8. Yerli təhsili idarəetmə orqanlarının rəhbərlərinə tapşırılsın:

8.1. vakant yerlər barədə məlumatların ərazi maliyyə hesablaşma mərkəzləri ilə razılaşdırmaqla cari ilin 15 avqust tarixinə kimi müvafiq qaydada elektron portala daxil edilməsini təmin etsinlər;

8.2. imtahan mərkəzlərində müvafiq şəraitin yaradılması ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsini təmin etsinlər;

8.3. müsabiqənin nəticələrinə əsasən işə qəbul olunan müəllimlərlə əmək müqavilələrinin cari ilin 15 sentyabr tarixinədək bağlanılmasını təmin etsinlər;

8.4. ərazi maliyyə hesablaşma mərkəzləri ilə birlikdə aidiyyəti üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında” 14 aprel 2010-cu il tarixli 67 nömrəli qərarına uyğun həvəsləndirmə tədbirləri tətbiq olunan yerlərə işə qəbul olunan müəllimlər üçün ilkin yaşayış şəraitinin yaradılmasını, nəzərdə tutulmuş əlavə güzəştlər və stimullaşdırıcı tədbirlər üzrə ödənişləri vaxtında təmin etsinlər;

8.5. Nazirliyin keçirdiyi müsabiqənin nəticəsi olaraq işə qəbul olunan müəllimlər və  mövcud vakant yerlər haqqında cari ilin 1 oktyabr tarixinədək Təhsil Nazirliyinə müəyyənləşdirilmiş formada məlumat təqdim etsinlər.

9. İnsan resursları şöbəsinə (E.Bağırov) tapşırılsın:

9.1. qaydalara uyğun müsabiqənin təşkili və keçirilməsi prosesinə nəzarəti həyata keçirsin, müsabiqələrin nəticələrinə əsasən təsdiq olunmuş siyahıların yerli təhsili idarəetmə orqanlarına və təhsil müəssisələrinə göndərilməsini təmin etsin;

9.2. müsabiqələrin nəticələri üzrə statistik məlumatları və hesabatları hazırlayıb rəhbərliyə təqdim etsin. .

10. İnformasiya şöbəsi (E.Məmmədov) Nazirliyin rəsmi internet səhifəsində bu əmrin, müsabiqədə iştirak edən namizədlər üçün nəzərdə tutulmuş digər məlumatların və müsabiqələrin nəticələrinin yerləşdirilməsini təmin etsin.

11. Əmrin icrasına nəzarət nazir müavini Məhəbbət Vəliyevaya həvalə edilsin.       

Əsas: Nazir müavini M.Vəliyevanın xidməti məlumatı.

Ceyhun BAYRAMOV,

Azərbaycan Respublikasının Təhsil naziri

15 iyul 2020-ci il
F-3
47