• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəticələrə görə cavabdeh, şəffaf və səmərəli tənzimləmə mexanizmlərinə malik yeni idarəetmə sisteminin formalaşdırılması əsas strateji istiqamətlərdən biri kimi müəyyənləşdirilmiş, idarəetmənin qabaqcıl beynəlxalq təcrübə əsasında yenidən qurulması hədəf kimi qarşıya qoyulmuşdur.

Təhsil sisteminin idarəolunmasının təkmilləşdirilməsi istiqamətində həyata keçirilmiş tədbirlərin davam etdirilməsi, ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə səriştəli, peşəkar, yüksək idarəçilik qabiliyyətinə malik şəxslərin seçilib yerləşdirilməsi məqsədilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında” Əsasnamənin 8.37-ci və 13.5-ci bəndlərini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1. “Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul və çalışmanın yaş həddinə çatmış direktorlarla əmək münasibətlərinin tənzimlənməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə və apelyasiya komissiyalarının tərkibi təsdiq edilsin:

 

Müsabiqə komissiyası

 

Komissiyanın sədri:

Məhəbbət Vəliyeva  Nazir müavini

 

Komissiyanın üzvləri:

Muxtar MəmmədovAparat rəhbəri

Aydın Əhmədov Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri

Kənan Quliyev Daxili nəzarət şöbəsinin müdiri 

Emin Əmrullayev     Təhsilin inkişafı proqramları şöbəsinin müdiri

Eşqi Bağırov İnsan resursları şöbəsinin müdiri

Rəşad TağıyevBakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini

 

Apellyasiya komissiyası

 

Komissiyanın sədri:

Firudin Qurbanov Nazir müavini

 

Komissiyanın üzvləri:

Fərzəli Qədirov Aparat rəhbərinin müavini

Anar CəfərovNazirin müşaviri

 

3. Yerli təhsili idarəetmə orqanları:

3.1. bu əmrin və Qaydaların ümumi təhsil müəssisələrinə çatdırılması, pedaqoji heyət arasında Qaydalarla bağlı maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, namizədlərin test imtahanı və müsahibə mərhələlərinə effektiv hazırlaşma imkanlarını təmin etmək üçün onlara metodiki yardım göstərilməsi məqsədilə tədbirlər həyata keçirsinlər;

3.2. direktor vəzifəsi vakant olan təhsil müəssisələrinin siyahısını 5 iş günü ərzində Təhsil Nazirliyinin İnsan resursları şöbəsinə təqdim etsinlər.

4.Təhsil İşçilərinin Peşəkar İnkişafi İnstitutu (V.Yaqublu) müsabiqənin keçirilməsi üçün test tapşırıqlarının və müsahibə materiallarının hazırlanması və onların məxfiliyinin təmin edilməsi üçün zəruri tədbirlər görsün.

5. İnsan resursları şöbəsi (E.Bağırov) müsabiqənin 2018-ci ilin oktyabr-dekabr aylarında Qaydalara uyğun təşkili və keçirilməsini təmin etsin.

6. İnformasiya şöbəsi (E.Məmmədov) bu əmrin və Qaydaların yerli təhsili idarəetmə orqanlarına göndərilməsini, Nazirliyin internet saytında yerləşdirilməsini, müsabiqə və onun nəticələri ilə bağlı məlumatların ictimaiyyətə çatdırılmasını təmin etsin.

7. “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul Qaydaları”nın təsdiq edilməsi barədə Təhsil Nazirliyinin 03.03.2017-ci il tarixli 126 nömrəli əmri qüvvədən düşmüş hesab edilsin.

8. Əmrin icrasına nəzarət nazir müavini M.Vəliyevaya həvalə olunsun.

 

Əsas: Nazir müavini M.Vəliyevanın xidməti məlumatı.

 

Ceyhun BAYRAMOV,

Azərbaycan Respublikasının təhsil naziri

18 oktyabr 2018-ci il

F-716


 

Əlavə:

 

Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul və çalışmanın yaş həddinə çatmış direktorlarla əmək münasibətlərinin tənzimlənməsi Qaydaları