• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Ali və orta ixtisas təhsili müəssisələrində 2024/2025-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının təşkili və keçirilməsi barədə Azərbaycan Respublikası elm və təhsil nazirinin əmri

Ali və orta ixtisas təhsili müəssisələrində 2024/2025-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasını təşkil etmək məqsədi ilə “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 5.5.10-cu yarımbəndini rəhbər tutaraq əmr edirəm:

1. Ali və orta ixtisas təhsili müəssisələrində əyani təhsilalma forması üzrə 2024/2025-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası 2025-ci il iyun ayının 2-də başlamaqla 5 həftə müddətində keçirilsin.

2. Ali və orta ixtisas təhsili müəssisələrində qiyabi təhsilalma forması üzrə imtahan sessiyalarının keçirilmə vaxtı ali və orta ixtisas təhsili müəssisələri tərəfindən müəyyən edilsin və 1 həftə müddətində keçirilsin.

3. Ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri:

- imtahan sessiyasının qüvvədə olan normativ sənədlər əsasında təşkil olunmasını təmin etsinlər;

- rəhbərlik etdikləri təhsil müəssisələrində imtahan qərargahı yaratsınlar və qərargaha daxil olan hər bir şikayətin operativ şəkildə araşdırılmasını təmin etsinlər;

- imtahanların təşkilində və gedişatında nöqsanlara, neqativ hallara yol vermiş şəxslər barədə mövcud qanunvericiliyə uyğun tədbirlər görsünlər;

- imtahan sessiyasının təşkili, keçirilməsi və nəticələri barədə sessiya bitdikdən sonra 10 gün müddətində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə yekun hesabat təqdim etsinlər.

4. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi (Ü.Səttarova):

- imtahan sessiyasına hazırlıq dövründə və sessiya müddətində təhsil müəssisələrində baş vermiş neqativ hallarla bağlı daxil olan məlumatları operativ araşdıraraq onların yerində həll edilməsini, bu hallara yol vermiş şəxsləri müəyyənləşdirərək onlar barəsində tədbirlərin görülməsini təmin etsin və nəticə barədə Nazirliyi məlumatlandırsın;

- imtahan sessiyasının gedişatı barədə kütləvi informasiya vasitələrinə müntəzəm olaraq məlumatın verilməsini təmin etsin;

- ali və orta ixtisas təhsili müəssisələrində imtahan sessiyasının təşkili, keçirilməsi və nəticələri barədə müvafiq arayışı Nazirliyə müzakirə üçün təqdim etsin.

5. İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsi (S.Rzayev) əmrin Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.

6. Vətəndaşlara xidmət və sənədlərlə iş şöbəsi (R.Xanlarov) əmrin Agentliyə və ali və orta ixtisas təhsili müəssisələrinə göndərilməsini təmin etsin.

7. Əmrin icrasına nəzarət nazir müavini İ.İsayevə tapşırılsın.


Emin ƏMRULLAYEV,
Azərbaycan Respublikasının elm və təhsil naziri
7 may  2025-ci il
3-29/3-2-248F/2025