• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Yeni diplom blankının verilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Nəbiyeva (Zeynalova) Leyla Rauf qızı 2000/2001-ci tədris ilində Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (indiki Dövlət İmtahan Mərkəzi) tərəfindən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbulla bağlı keçirilmiş test imtahanında iştirak edərək Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) Qazax filialının “İbtidai təhsilin pedaqogika və metodikası” ixtisasına əyani (dövlət sifarişi üzrə) təhsilalma forması üzrə qəbul olunmuşdur. 2004-cü ildə həmin müəssisədən məzun olmuş Nəbiyeva (Zeynalova) Leyla Rauf qızının adına yazılması üçün Azərbaycan Respublikası Təhsil Nazirliyindən B seriyalı 020724 nömrəli diplom blankı verilmiş, lakin AMİ-nin Qazax filialı tərəfindən həmin diplom başqa şəxsin adına yazılmışdır.  Nəbiyeva (Zeynalova) Leyla Rauf qızına isə hüquqi əsası olmayan B seriyalı 042889 nömrəli diplom təqdim olunmuşdur.

Nəbiyeva (Zeynalova) Leyla Rauf qızının TQDK tərəfindən keçirilmiş test imtahanında iştirak etməklə qanuni əsaslarla ali təhsil müəssisəsinə qəbul olunduğunu və təhsilini başa vurduğunu nəzərə alaraq, “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini əsas tutaraq

 

ƏMR EDİRƏM:

 

1. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən AMİ-nin Qazax filialına Nəbiyeva (Zeynalova) Leyla Rauf qızının adına yazılması üçün verilmiş, lakin başqa şəxsin adına yazılmış B seriyalı 020724 nömrəli diplom etibarsız hesab edilsin.

2.  AMİ-nin Qazax filialı tərəfindən Nəbiyeva (Zeynalova) Leyla Rauf qızına verilmiş B seriyalı 042889 nömrəli diplom ləğv edilsin.

3. Məxfi və dövlət nümunəli sənədlərlə iş sektoru (R.Məmmədov) Nəbiyeva (Zeynalova) Leyla Rauf qızının adına yazılması üçün yeni dövlət nümunəli diplom blankı ayrılmasını təmin etsin.

4. Bakı Dövlət Universitetinin Qazax filialı (V.Əfəndiyev) diplom blankının müvafiq qaydada doldurulmasını və Nəbiyeva (Zeynalova) Leyla Rauf qızına verilməsini təmin etsin.

5. İnformasiya şöbəsi (E.Məmmədov) bu əmrin 1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə “Azərbaycan müəllimi” qəzetində dərc edilməsini, habelə Nazirliyin internet informasiya ehtiyatlarında yerləşdirilməsini təşkil etsin.

6. Əmrin icrasına nəzarət Aparat rəhbəri M.Məmmədova həvalə edilsin.

 

Əsas: Aparat rəhbəri M.Məmmədovun 12.06.2018-ci il tarixli 1-05-3627 nömrəli təqdimatı.

 

Ceyhun BAYRAMOV,

Azərbaycan Respublikasının təhsil naziri

27 iyun 2018-ci il

№F-451