• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Ali məktəbin bakalavr pilləsində buraxılış işlərinin hazırlanması qaydaları

Ali məktəbin bakalavr pilləsində buraxılış işlərinin hazırlanması
qaydalarının təsdiqi barədə
Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri
 
Ali təhsil müəssisələri bakalavr pilləsi tələbələrinin buraxılış işlərinin hazırlanması və müdafiəsi məsələlərini tənzimləmək məqsədilə
 
ƏMR EDİRƏM:
 
1. Ali məktəblərin bakalavr pilləsinin buraxılış işlərinin hazırlanması qaydaları təsdiq edilsin (əlavə olunur).
 
2. Ali təhsil müəssisələrinin rəhbərləri tələbələrin buraxılış işlərinin hazırlanması və müdafiəsini təşkil edərkən təsdiq olunmuş sənədi əldə rəhbər tutsunlar.
 
3. Ali və orta ixtisas təhsili idarəsi sənədin yerlərə çatdırılmasını təmin etsin.  
 
Azərbaycan Respublikasının
Təhsil naziri
13 mart 1997-ci il
№ 152


Ali məktəbin bakalavr pilləsində buraxılış işlərinin
hazırlanması qaydaları
 
1. Ümumi tələblər
 
             1.1. Buraxılış işləri bakalavr pilləsində tələbələrin təhsilinin son mərhələsi olmaqla aşağıdakı  məqsədləri daşıyır:
            - istiqamət (ixtisas) üzrə alınan nəzəri və təcrübi biliklərin sistemləşdirilməsi, möhkəmlənməsi və genişləndirilməsi, analitik və yaradıcı düşüncənin inkişaf etdirilməsi, konkret standart məsələlərin həlli vərdişlərinin aşılanması, eləcə də onların texniki-iqtisadi, istehsalat və mədəni quruculuq məsələlərinə tətbiqi;
            - müstəqil işləmək vərdişlərinin inkişaf etdirilməsi, eləcə də buraxılış işlərində qoyulan problem və sualların həllinin araşdırılması metodlarına yiyələnmək;
            - tələbələrin müasir istehslatın, elmin, texnikanın və mədəniyyətin müvafiq sahələrində müstəqil işləməyə hazırlığı səviyyəsini müəyyənləşdirmək;
            1.2. Buraxılış işlərinin müdafiəsi tələbələrin yekun dövlət attestasiyasının bir hissəsi olmaqla, həm də onların son attestasiyasıdır. Bu attestasiyanın nəticəsinə görə məzuna ixtisas dərəcəsi verilir.
            1.3. Buraxılış işləri bir qayda olaraq elmi və ya praktiki əhəmiyyətə malik olmalıdır.
            1.4. Bütün attestasiya sınaqlarından, o cümlədən müəyyən fənn üzrə dövlət imtahanından və ya fənlərarası yekun imtahanından müvəffəqiyyətlə çıxmış bakalavr tələbələr buraxılış işinin müdafiəsinə buraxılırlar. 
 
2. Buraxılış işlərinin mövzuları
 
                2.1. Buraxılış işlərinin mövzuları məzunların istehsalatla bağlı standart məsələləri elm və texnikanın müasir tələbləri baxımından təhlil edə bilməsinə, bu istiqamətə və ya ixtisasa uyğun magistratura pilləsindəki ixtisaslaşmaya hazır olmağa yönəlməyi, eyni zamanda tələbələrin ali məktəbin bakalavr pilləsində qazandıqları nəzəri və təcrübi biliklərin həcm və məzmununa uyğun olmalıdır.
2.2. Buraxılış işlərinin mövzuları müvafiq kadefra tərəfindən müəyyənləşdirilir və fakültə elmi şurasında təsdiq olunur. Bu zaman tələbəyə də mövzu seçmək hüququ verilir. Lakin həmin mövzu əvvəlcədən müzakirə və təsdiq üçün kadefraya təqdim olunmalıdır.
2.3. Buraxılış işini yerinə yetirmək üçün buraxılış işinin rəhbəri tərəfindən tələbəyə müdafiəyə 4 ay qalana qədər buraxılış işi üzrə tapşırığın ali məktəb tərəfindən müəyyən olunmuş forması və həcmi verilir.
 
3. Buraxılış işlərinin quruluşu, hazırlanması və məzmunu
 
1.1.Buraxılış işi aşağıdakı quruluşda tərtib olunur:
-         titul vərəqi ( təsisçi, təhsil müəssisəsi, fakültə, istiqamət və ya ixtisas, mövzunun adı, işin rəhbəri, tələbənin adı göstərilməklə);
-         buraxılış işinin tapşırıq vərəqi;
-         referat;
-         mündəricat;
-         giriş;
-         tapşırığın müəyyən olunmuş əsas hissəsi;
-         yekun nəticə və ya təkliflər;
-         istifadə olunmuş ədəbiyyatın siyahısı;
-         əlavələr (əgər nəzərdə tutulubsa).
1.2.Buraxılış işinə ümumi tələblər və tərtib olunmuş qaydaları ali təhsil müəssisəsinin kadr hazırlığının profilinə uyğun hazırlanır və onun elmi şurasında təsdiq edilir. İstiqamətdən (ixtisasdan) asılı olaraq onun həcmi 1,5-2,5 çar vərəqi hüdudunda olur.
1.3.Buraxılış işləri əlyazma və ya makina çapı şəklində təqdim olunur.
1.4.Buraxılış işlərinə rəhbərlərlə yanaşı bir nəfər mütəxəssis də rəy verir.
1.5.Buraxılış işlərinin məzmunu ali məktəblərin bakalavr pilləsi ixtisaslarının dövlət standartı ilə müəyyən olunmuş tələblərə cavab verməlidir.
 
4. Buraxılış işlərinin müdafiəsinin təşkili və müdafiə olunmuş    işlərin saxlanılması
 
               4.1. Buraxılış işlərinin müdafiəsi “Azərbaycan Respublikası ali təhsil müəssisələri tələbələrinin bakalavr pilləsində dövlət attestasiyası haqqında Əsasnamə”yə uyğun yaradılmış komissiya tərəfindən təşkil edilir.
4.2. Buraxılış işlərinin hazırlanması, rəhbərlik və müdafiəsini keçirmək üçün vaxt bölgüsü “professor-müəllim heyətinin tədris ili üçün vaxt normasının müəyyənləşdirilməsi, elmi-tədqiqat, elmi-metodiki və digər işlərin əsas növləri barədə sənəd”də diplom işləri üçün nəzərdə tutulanlara uyğun müəyyənləşdirilir.
4.3. Buraxılış işləri müvafiq qanunvericiliklə müəyyən olunmuş qaydada saxlanılır. İncəsənət, musiqi və digər bu kimi sahələrdə hazırlanmış buraxılış işləri isə ali məktəbin müəyyən etdiyi qaydada istifadə üçün verilə bilər.