• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Peşə təhsili və insan kapitalı” elmi-praktiki, metodiki jurnalın redaksiya heyətinin yeni tərkibinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Təhsil nazirinin əmri

Təhsil Nazirliyinin 23.11.2017-ci il tarixli 416 nömrəli əmrinin 3-cü bəndinin icrası məqsədi ilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq

 

əmr edİrəm:

 

1. “Peşə təhsili və insan kapitalı” elmi-praktiki, metodiki jurnalın redaksiya heyətinin təsdiq edilməsi haqqında Təhsil nazirinin 05.07.2018-ci il tarixli, F-504 nömrəli əmri ləğv edilsin.

 

2. “Peşə təhsili və insan kapitalı” elmi-praktiki, metodiki jurnalın redaksiya heyətinin aşağıdakı tərkibi təsdiq edilsin:

 

Redaksiya heyətinin sədri:

 

İdris İsayev – Azərbaycan Respublikası Təhsil nazirinin müavini

 

Baş redaktor:

 

Şahbaz Balakişiyev – filologiya üzrə fəlsəfə doktoru

 

Redaksiya heyətinin üzvləri:

 

Rasim Əlizadə – Azərbaycan Texniki Universitetinin kafedra müdiri, texniki elmlər doktoru, professor;

Bəyalı Ataşov – Azərbaycan Kooperasiya Universitetinin Elm və İnnovasiyalar üzrə prorektoru, iqtisad elmləri doktoru, professor, Əməkdar elm xadimi;

Müseyib İlyasov – Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri, pedaqogika üzrə elmlər doktoru, professor;

Novruz Quliyev – Azərbaycan Turizm və Menecment Universitetinin kafedra müdiri, pedaqogika üzrə elmlər doktoru, professor;

Fuad Vəliyev – Bakı Ali Neft Məktəbinin müəllimi, texniki elmlər doktoru, professor;

Fərid Ağayev – Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kafedra müdiri, texniki elmlər üzrə fəlsəfə doktoru;

Zaur Əliyev – Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin şöbə müdiri;

Tahir Əmiraslanov – Azərbaycan Milli Kulinariya Mərkəzinin prezidenti, Əməkdar mədəniyyət işçisi;

Vüqar Zeynalov – Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti;

Rəsul Əsgərov – Azərbaycan Respublikası Təhsil İnstitutunun şöbə müdiri, Əməkdar müəllim;

Nəzakət Mehdiyeva – Azərbaycan Respublikası Təhsil İnstitutunun Müəllimlərin Peşəkar İnkişafı Mərkəzinin direktoru, qabaqcıl təhsil işçisi, qiymətləndirmə üzrə mütəxəssis;

Allahverdi Seyidov – Goranboy Peşə məktəbinin direktoru, aqrar elmlər üzrə elmlər doktoru, professor;

Hikmət Camalov – Abşeron-Ceyranbatan Peşə Liseyinin ixtisas fənn müəllimi, peşə hazırlığı üzrə metodkomissiya sədri.

 

3. Jurnalın redaksiya heyətinin sədri (İ.İsayev):

- redaksiya heyətinin iclaslarının zərurət olduqda, ildə dörd dəfədən az olmamaq şərtilə keçirilməsini;

- məqalələrin hazırlanmasına elmi tədqiqatçıların və ixtisaslı mütəxəssislərin cəlb olunmasını;

- təqdim olunmuş məqalələrin dövri elmi nəşrlər qarşısında qoyulan müasir tələblərə uyğunluğunu təmin etsin.

 

4. Baş redaktor (Ş.Balakişiyev):

- jurnalın strukturu, tərtibat-dizaynı ilə bağlı məsələlərin həllini;

- jurnalın rəsmi internet səhifəsinin yaradılmasını və fəaliyyətinin təşkilini;

- jurnalın yayımı və abunə yazılışı ilə bağlı zəruri tədbirlərin icrasını təmin etsin.

 

5. Vətəndaşların müraciətləri ilə iş və kommunikasiya şöbəsi (S.Hacıyeva) bu əmrin aidiyyəti struktur qurum və bölmələrə çatdırılmasını, Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin.

 

6. Əmrin icrasına nəzarət Aparat rəhbəri Muxtar Məmmədova həvalə olunur.

 

Əsas: Nazir müavini İdris İsayevin 24.09.2020-ci il tarixli, 25-04-4417 nömrəli təqdimatı.

 

 

Emin ƏMRULLAYEV,

Azərbaycan Respublikasının Təhsil naziri

21 oktyabr 2020-ci il

F-484