• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Ümumi təhsil müəssisələrinin 2025-2026-cı tədris ili üçün tədris planlarının təsdiqi barədə Azərbaycan Respublikası elm və təhsil nazirinin əmri

Ümumi təhsil müəssisələrində təhsil prosesinin təşkili və tənzimlənməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli 2242 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 3.1.8-ci və 5.5.10-cu yarımbəndlərini rəhbər tutaraq əmr edirəm:
 

1. Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrinin 2025-2026-cı tədris ili üçün aşağıdakı tədris planları və onlara dair qeydlər təsdiq edilsin: 

1.1. dövlət ümumi təhsil müəssisələrində yaradılan məktəbəhazırlıq qrupları üçün tədris (məşğələ) planı və “Tədris (məşğələ) planına dair qeydlər” (1 və 2 nömrəli əlavələr);

1.2. ümumi təhsil müəssisələrinin tədris Azərbaycan dilində aparılan I-XI sinifləri üçün tədris planı (3 nömrəli əlavə);

1.3. ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan I-XI sinifləri üçün tədris planı (4 nömrəli əlavə);

1.4. azsaylı xalqların dilləri öyrədilən ümumi təhsil müəssisələrinin müvafiq sinifləri üçün tədris planları (5, 6, 7 və 8 nömrəli əlavələr); 

1.5. 1.2-ci, 1.3-cü və 1.4-cü bəndlərdə qeyd olunan tədris planlarına dair qeydlər (9 nömrəli əlavə).

2. Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə (Eşqi Bağırov) tapşırılsın ki, ümumi təhsil müəssisələrinin fəaliyyətinin müvafiq tədris planları əsasında təşkilinə nəzarət etsin.

3. Elm və Təhsil Nazirliyi Aparatının Vətəndaşlara xidmət və sənədlərlə iş şöbəsi (Rəşad Xanlarov) bu əmrin surətinin Nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına göndərilməsini təmin etsin.

4. Elm və Təhsil Nazirliyi Aparatının İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsi (Səbuhi Rzayev) bu əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin.

5. Əmrin icrasına nəzarət nazir müavini Həsən Həsənliyə həvalə olunsun.    

 

Emin ƏMRULLAYEV,
Azərbaycan Respublikasının elm və təhsil naziri
21 avqust  2025-ci il
3-29/3-2-522F/2025


 

Əlavə:
 

Tədris planları
 

Tədris planlarına dair qeydlər