Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası elm və təhsil nazirinin əmri
Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin doğum gününün 103-cü ildönümü ilə əlaqədar Ulu öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli 2242 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 3.1.16-cı və 5.5.10-cu yarımbəndlərini rəhbər tutaraq əmr edirəm:
1. Ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdlərinin iştirakı ilə Ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi keçirilsin.
2. Müsabiqənin Əsasnaməsi (1 nömrəli əlavə) təsdiq edilsin.
3. Müsabiqənin ölkə mərhələsi üzrə müsabiqə komissiyasının tərkibi təsdiq edilsin (2 nömrəli əlavə).
4. Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi (Vüsal Xanlarov) təhsilalanların müsabiqəyə qeydiyyatının aparılması üçün portal.edu.az platformasında müvafiq funksionallığı 14 yanvar 2026-cı il tarixinədək təmin etsin.
5. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (Eşqi Bağırov) və Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi (Valeh Mirzalıyev) müsabiqənin ölkə mərhələsinin təşkilini 01 aprel 2026-cı il tarixinədək təmin etsinlər.
6. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (Eşqi Bağırov):
6.1. müsabiqənin ölkə mərhələsi və mükafatlandırma mərasimi ilə bağlı satın alınması tələb olunan mal, iş və xidmətlər barədə məlumatı 26 yanvar 2026-cı il tarixinədək Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinə təqdim etsin;
6.2. müsabiqənin ölkə mərhələsinin nəticələri barədə əmr layihəsini 27 aprel 2026-cı il tarixinədək hazırlayıb rəhbərliyə təqdim etsin.
7. Maliyyə (Rauf Orucov) və Təhsilin iqtisadiyyatı (Leyla Abbaslı) şöbələri müvafiq mal, iş və xidmətlərin satın alınması ilə əlaqədar Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin sifarişi əsasında həmin idarəyə vəsaitin ayrılmasını 01 aprel 2026-cı il tarixinədək təmin etsinlər.
8. Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi (Valeh Mirzalıyev) müsabiqənin yekun tədbirinin təşkili, qaliblərin mükafatlandırılması ilə əlaqədar mal, iş və xidmətlərin satın alınması üzrə lazımi tədbirlərin həyata keçirilməsini 01 may 2026-cı il tarixinədək təmin etsin.
9. Müsabiqənin qalibləri üçün qiymətli hədiyyələrin Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təmin edilməsi nəzərə alınsın.
10. İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsi (Səbuhi Rzayev):
10.1. müsabiqə ilə bağlı kommunikasiya planını 21 yanvar 2026-cı il tarixinədək hazırlasın.
10.2. əmrin və 1 nömrəli əlavənin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin.
11. Vətəndaşlara xidmət və sənədlərlə iş şöbəsi (Rəşad Xanlarov) əmrin və 1 nömrəli əlavənin müvafiq struktur bölmələrə çatdırılmasını təmin etsin.
12. Əmrdə nəzərdə tutulan tədbirlərin icrasına inzibati nəzarət aparat rəhbərinin müavini Fərzəli Qədirova həvalə olunsun.
13. Əmrin icrasına ümumi nəzarəti öz üzərimdə saxlayıram.
Emin ƏMRULLAYEV,
Azərbaycan Respublikasının elm və təhsil naziri
13 yanvar 2026-cı il
3-29/3-2-02F/2026
