• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Türkdilli xalqların məktəbliləri arasında “Şuşa türk xalqları birliyinin mədəniyyət incisidir” adlı beynəlxalq uşaq yaradıcılıq festivalının keçirilməsi barədə barədə Azərbaycan Respublikası elm və təhsil nazirinin əmri

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə türkdilli xalqların uşaq yaradıcılıq qrupları arasında əlaqələri möhkəmləndirmək, bu xalqlar arasında birliyi nümayiş etdirmək, milli mədəniyyət və incəsənəti təbliğ etmək, yeni istedadları üzə çıxarmaq, xüsusi bacarığa malik olan uşaq və gənclərin yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək məqsədilə “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 3.1.16-cı və 5.5.10-cu yarımbəndlərini rəhbər tutaraq əmr edirəm:
 

1. 1 iyun 2025-ci il tarixində Şuşa şəhərində türkdilli xalqların məktəbliləri arasında “Şuşa türk xalqları birliyinin mədəniyyət incisidir” adlı beynəlxalq uşaq yaradıcılıq festivalı (bundan sonra –Festival) keçirilsin.

2. Türkdilli xalqların məktəbliləri arasında “Şuşa türk xalqları birliyinin mədəniyyət incisidir” adlı beynəlxalq uşaq yaradıcılıq festivalının Əsasnaməsi təsdiq edilsin (1 nömrəli əlavə).

3. Türkdilli xalqların məktəbliləri arasında “Şuşa türk xalqları birliyinin mədəniyyət incisidir” adlı beynəlxalq uşaq yaradıcılıq festivalının Tədbirlər Planı təsdiq edilsin (2 nömrəli əlavə).

4. Türkdilli xalqların məktəbliləri arasında “Şuşa türk xalqları birliyinin mədəniyyət incisidir” adlı beynəlxalq uşaq yaradıcılıq festivalının səmərəli təşkili və keçirilməsi üçün Təşkilat Komitəsi yaradılsın (3 nömrəli əlavə). 

5. Türkdilli xalqların məktəbliləri arasında “Şuşa türk xalqları birliyinin mədəniyyət incisidir” adlı beynəlxalq uşaq yaradıcılıq festivalının səmərəli təşkili və keçirilməsi üzrə İşçi qrupu yaradılsın (4 nömrəli əlavə).

6. Təşkilat Komitəsinə tapşırılsın:

6.1. Festivalın keçirilməsi ilə bağlı satın alınması tələb olunan mal, iş və xidmətlər barədə məlumatın Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinə təqdim olunmasını təqdim etsin.

6.2. Müvafiq mal, iş və xidmətlərin satın alınması ilə əlaqədar Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin sifarişi əsasında həmin İdarəyə vəsaitin ayrılmasını təmin etsin.

6.3. Festivalın təşkili ilə əlaqədar mal, iş və xidmətlərin satın alınması üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin etsin.

6.4. Festivalla əlaqədar görüləcək işlərə cəlb olunacaq Nazirlik əməkdaşlarının və müəllimlərin ezamiyyə xərclərinin əsas iş yerləri hesabına ödənilməsini təmin etsin.

6.5. Festivalda iştirakı nəzərdə tutulan ölkələrə dəvət məktublarının çatdırılması məqsədilə müvafiq tədbirlər həyata keçirsin.

6.6. Bu əmrin surətinin əlavələrlə birlikdə Nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına çatdırılmasını, Elm və Təhsil Nazirliyinin rəsmi saytında yerləşdirilməsini, “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını təmin etsin, Festivalla bağlı media və kommunikasiya məsələlərini həll etsin.

6.7. Festivalın yüksək səviyyədə keçirilməsi üçün bu əmrdən irəli gələn digər zəruri tədbirlərin həyata keçirilməsini təmin etsin. 

7. Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunsun.
 

Əsas: Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 2025-ci il üzrə Fəaliyyət Planı. 

 

Emin ƏMRULLAYEV,
Azərbaycan Respublikasının elm və təhsil naziri
23 aprel 2025-ci il
3-29/3-2-209F/2025