Tam orta təhsil səviyyəsinin təmayül sinifləri üçün fənn kurikulumlarının təsdiqi barədə Azərbaycan Respublikası Təhsil nazirinin əmri
Tam orta təhsil səviyyəsinin təmayül siniflərində tədris prosesinin səmərəli təşkilini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 1 mart 2005-ci il tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq əmr edirəm:
1. “Tam orta təhsil səviyyəsinin təmayül sinifləri üçün fənn kurikulumları” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikası Təhsil Nazirliyi Aparatının İnformasiya və vətəndaşlara xidmət şöbəsi (Rəşad Xanlarov) bu əmrin əlavəsi ilə birlikdə Nazirliyin aidiyyəti struktur bölmələrinə çatdırılmasını təmin etsin.
3. Azərbaycan Respublikası Təhsil Nazirliyi Aparatının İctimaiyyətlə əlaqələr sektoru (Cəsarət Valehov) bu əmrin əlavələri ilə birlikdə Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin.
4. Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunsun.
Əsas: müvafiq dərkənarla təhsil nazirinin müavini Firudin Qurbanovun təqdimatı.
Emin ƏMRULLAYEV,
Azərbaycan Respublikasının Təhsil naziri
28 aprel 2022-ci il
F-238
Əlavələr:
Tam orta təhsil səviyyəsinin təmayül sinifləri üçün fənn kurikulumları
Azərbaycan dili
Azərbaycan tarixi
Biologiya
Coğrafiya
Ədəbiyyat
Fizika
Kimya
Riyaziyyat