• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Sabahın alimləri” XIV Respublika Layihə Müsabiqəsinin qalibləri barədə Azərbaycan Respublikası elm və təhsil nazirinin əmri

2024/2025-ci tədris ili üzrə həyata keçirilmiş “Sabahın alimləri” XIV Respublika Layihə Müsabiqəsinin qaliblərinin elan edilməsi məqsədilə “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 5.5.10-cu bəndini rəhbər tutaraq əmr edirəm:

 

1. 2024/2025-ci tədris ili üzrə “Sabahın alimləri” XIV Respublika Layihə Müsabiqəsinin qaliblərinin adlı siyahısı təsdiq edilsin (qaliblərin siyahısı əlavə olunur).
 

2. Vətəndaşlara xidmət və sənədlərlə iş şöbəsi (Rəşad Xanlarov) əmrin çoxaldılıb Elm və Təhsil Nazirliyinin aidiyyəti struktur bölmələrinə və qurumlarına çatdırılmasını təmin etsin.
 

3. İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsi (Səbuhi Rzayev) əmrin “Azərbaycan müəllimi” qəzetində dərc edilməsini və Elm və Təhsil Nazirliyinin internet səhifəsində paylaşılmasını təmin etsin.

 

Əsas: Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin 30.10.2024-cü il tarixli 3- 29/3-2-775F/2024 qeydiyyat nömrəli əmri. 


Emin ƏMRULLAYEV,

Azərbaycan Respublikasının elm və təhsil naziri

16 aprel  2025-ci il

3-29/3-2-160F/2025