• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

"Məktəblilərarası Milli Hakaton"un Əsasnaməsinin təsdiq olunması barədə barədə Azərbaycan Respublikası elm və təhsil nazirinin əmri

"Məktəblilərarası Milli Hakatonun keçirilməsinə dair Təşkilat Komitəsinin yaradılması haqqında" Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 04.03.2025-ci il  tarixli 3-29/3-2-103F/2025 nömrəli əmrinin 3.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli 2242 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi haqqında Əsasnamə"nin 3.1.6-cı və 5.5.10-cu yarımbəndlərini rəhbər tutaraq əmr edirəm: 
 

1. "Məktəblilərarası Milli Hakaton"un Əsasnaməsi (bundan sonra – Əsasnamə) təsdiq edilsin (əlavə olunur).

2. Elm və Təhsil Nazirliyinin müvafiq əmri ilə yaradılmış Təşkilat Komitəsinə tapşırılsın ki, Əsasnamənin tələblərinə əsasən “Məktəblilərarası Milli Hakaton”un təşkili ilə bağlı aidiyyəti tədbirlərin həyata keçirilməsini təmin etsin.   

3. Elm və Təhsil Nazirliyinin Aparatının Vətəndaşlara xidmət və sənədlərlə iş şöbəsi (Rəşad Xanlarov) bu əmrin surətinin Nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına çatdırılmasını təmin etsin.

4. Elm və Təhsil Nazirliyinin Aparatının İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsi (Səbuhi Rzayev) bu əmrin Elm və Təhsil Nazirliyinin rəsmi saytında yerləşdirilməsini və “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını təmin etsin.

5. Əmrin icrasına nəzarət nazir müavini Həsən Həsənliyə həvalə edilsin. 

 

Emin ƏMRULLAYEV,
Azərbaycan Respublikasının elm və təhsil naziri
21 aprel 2025-ci il
3-29/3-2-201F/2025