• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

2025/2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulunun aparılması barədə Azərbaycan Respublikası elm və təhsil nazirinin əmri

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli 2242 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 5.5.10-cu yarımbəndini rəhbər tutaraq əmr edirəm:
 

1. 2025/2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatı aparılmaqla elektron sistem vasitəsilə həyata keçirilsin.
 

2. Ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu üçün valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatına 2025-ci ilin may ayının 1-dən, məktəb seçimi prosesinə Azərbaycan bölməsi üzrə may ayının 6-dan başlanılsın.
 

3. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə (Eşqi Bağırov) tapşırılsın ki:

3.1. 2025/2026-cı tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə şagird qəbulu üçün uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi məqsədilə peşəkar və səriştəli müəllimlərdən ibarət müsahibə və apellyasiya komissiyalarını təşkil etsin;

3.2. şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün müsahibələrin keçirilməsini təmin etsin.
 

4. Şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün hazırlanmış meyarlar təsdiq edilsin (Əlavə1).

5. Dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə uşaqların qəbulu müsahibə komissiyalarının müsbət yazılı rəyi əsasında aparılsın.

6. Azərbaycan Respublikasının Təhsil İnstitutu (Elnur Əliyev) müsahibə və apellyasiya komissiyalarının üzvlərinə təlimlərin keçirilməsini təmin etsin.

7. Elm və Təhsil Nazirliyinin Maliyyə şöbəsi (Rauf Orucov), Təhsilin iqtisadiyyatı şöbəsi (İlqar Bayramlı) Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təklifləri əsasında müsahibə və apellyasiya komissiyalarına cəlb olunmuş heyətin əməyinin qiymətləndirilməsi ilə bağlı müvafiq tədbirləri həyata keçirsin.

8. Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi (Valeh Mirzalıyev) birinci siniflərə uşaqların qəbulu ilə bağlı Bakı və Sumqayıt şəhəri üzrə müsahibə və apellyasiya komissiyası üzvlərinin qidalanmasını, müsahibələrin videoçəkilişinin aparılması üçün kameraların və ehtiyaclara uyğun digər texniki təchizat vasitələrinin alınmasını, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi (Vüsal Xanlarov) kameraların quraşdırılmasını təmin etsin.

9. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (Eşqi Bağırov) ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu prosesinin gedişatı ilə bağlı müvafiq hesabat təqdim etsin.

10. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (Eşqi Bağırov), Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi (Vüsal Xanlarov) bu əmrdən irəli gələn vəzifələrin icrasını təmin etsinlər.

11. Vətəndaşlara xidmət və sənədlərlə iş şöbəsi (Rəşad Xanlarov) bu əmrin surətinin aidiyyəti struktur bölmələrinə çatdırılmasını təmin etsin.

12. İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsi (Səbuhi Rzayev) birinci sinfə şagird qəbulu ilə bağlı ictimaiyyətin məlumatlandırılmasını, bu əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını, nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.

13. Əmrin icrasına nəzarət nazir müavini Həsən Həsənliyə həvalə edilsin.

 

Emin ƏMRULLAYEV,
Azərbaycan Respublikasının elm və təhsil naziri
14 aprel 2025-ci il
3-29/3-2-180F/2025