• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

2025-2026-cı tədris ilində dövlət ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qruplarının təşkili barədə Azərbaycan Respublikası elm və təhsil nazirinin əmri

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli 2242 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 5.5.10-cu yarımbəndini rəhbər tutaraq 

əmr edirəm:
 

1. 2025-2026-cı tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatı aparılmaqla mektebeqebul.edu.az elektron portalı vasitəsilə həyata keçirilsin.

2. Dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatına 2025-ci ilin iyul ayının 3-dən, ümumi təhsil müəssisəsinin seçiminə Azərbaycan bölməsi üzrə iyul ayının 8-dən, tədris digər dillərdə aparılan bölmələr üzrə iyul ayının 10-dan başlanılsın.

3. Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə (Eşqi Bağırov) tapşırılsın:

3.1. 2025-2026-cı tədris ilində məktəbəhazırlıq qruplarına qəbul olunacaq 2020-ci ildə anadan olmuş uşaqların sayının, ərazilər üzrə məktəbəhazırlıq qrupları təşkil ediləcək ümumi təhsil müəssisələrinin və məktəbəhazırlıq qruplarında tədrisi həyata keçirəcək müəllimlərin müəyyənləşdirilməsini;

3.2. məktəbəhazırlıq qrupları təşkil ediləcək ümumi təhsil müəssisələrində lazımi təlim şəraitinin yaradılması istiqamətində müvafiq tədbirlərin görülməsini;

3.3. ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qeydiyyatının mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılması barədə valideynlərin məlumatlandırılmasını; 

3.4. 2025-2026-cı tədris ilində dövlət ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qruplarının təşkili üçün tələb olunan tədris resurslarının, malların adı və miqdarı barədə məlumatın Elm və Təhsil Nazirliyinin Aparatının Satınalmalar və qrantlar sektoruna və Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinə təqdim olunmasını təmin etsin. 

4. Elm və Təhsil Nazirliyinin Aparatının Satınalmalar və qrantlar sektoru (Vüsalə Əliyeva) və Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi (Valeh Mirzalıyev) bu əmrin 3.4-cü bəndinin icrasından irəli gələn aidiyyəti tədbirlərin həyata keçirilməsini təmin etsinlər.

5. Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi (Valeh Mirzalıyev) müvafiq rayonlar (şəhərlər) üzrə məktəbəhazırlıq qrupları təşkil olunacaq ümumi təhsil müəssisələrinin maddi-texniki təchizatını təmin etsin.

6. Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi (Vüsal Xanlarov) mektebeqebul.edu.az elektron portalının fasiləsiz fəaliyyətini təmin etsin.

7. Elm və Təhsil Nazirliyinin Aparatının Məktəbəqədər və ümumi təhsil şöbəsi (Çapay Məmmədov) məktəbəhazırlıq qruplarının tədris planını hazırlasın və təsdiqə təqdim etsin.

8. Elm və Təhsil Nazirliyinin Aparatının İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsi (Səbuhi Rzayev) bu əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını, Nazirliyin rəsmi internet saytında yerləşdirilməsini və məktəbəhazırlıq qruplarına uşaqların qəbulu ilə bağlı ictimaiyyətin məlumatlandırılmasını təmin etsin.

9. Elm və Təhsil Nazirliyinin Aparatının Vətəndaşlara xidmət və sənədlərlə iş şöbəsi (Rəşad Xanlarov) bu əmrin surətinin Nazirliyin aidiyyəti struktur bölmələrinə və qurumlarına çatdırılmasını təmin etsin.

10. Əmrin icrasına nəzarət nazir müavini Həsən Həsənliyə həvalə edilsin.

 

Emin ƏMRULLAYEV,
Azərbaycan Respublikasının elm və təhsil naziri
8 may  2025-ci il
3-29/3-2-256F/2025