• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Dövlət ümumi təhsil müəssisələrində yaradılan məktəbəhazırlıq qruplarının 2023-2024-cü tədris ili üçün tədris (məşğələ) planının təsdiqi barədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin əmri

Azərbaycan Respublikasının dövlət ümumi təhsil müəssisələrində yaradılan məktəbəhazırlıq qruplarında tədris prosesinin təşkili və tənzimlənməsini təmin etmək məqsədilə “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 3.1.8-ci və 5.5.10-cu yarımbəndlərini rəhbər tutaraq 

 

əmr edirəm:

 

1. Dövlət ümumi təhsil müəssisələrində yaradılan məktəbəhazırlıq qruplarının 2023-2024-cü tədris ili üçün tədris (məşğələ) planı və “Tədris (məşğələ) planına dair qeydlər” təsdiq edilsin (1 və 2 nömrəli əlavələr). 
2. İnformasiya və vətəndaşlara xidmət şöbəsi (Rəşad Xanlarov) bu əmrin surətinin Nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına çatdırılmasını təmin etsin.
3. İctimaiyyətlə əlaqələr sektoru (Cəsarət Valehov) bu əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin.4. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram. 

 

 

Firudin QURBANOV,

Nazir səlahiyyətlərini müvəqqəti icra edən, nazir müavini 

1 avqust 2023-cü il

3-29/3-2-483F/2023