• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1532-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1532-VQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə

 

QƏRARA ALIRAM:

               

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. altı ay müddətində:

1.1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.3. həmin Qanunun 1.0.36-cı maddəsinə uyğun olaraq, stasionar təhsilin təşkili qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.4. həmin Qanunun 4.0.12-ci maddəsinə uyğun olaraq, ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.5. həmin Qanunun 12.8-ci maddəsinə uyğun olaraq, dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.6. həmin Qanunun 12.13-cü maddəsinə uyğun olaraq, dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirlərini müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.7. həmin Qanunun 12.15-ci maddəsinə uyğun olaraq, ümumi təhsil müəssisələrinin növlər üzrə meyarlarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.8. həmin Qanunun 12.16-cı maddəsinə uyğun olaraq, ümumi təhsil müəssisəsində mühafizə xidməti təşkili qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.9. həmin Qanunun 13.10-cu maddəsinə uyğun olaraq, tədris ilinin müddətini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

1.1.10. həmin Qanunun 13.29-cu maddəsinə uyğun olaraq, ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin həyata keçirilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.11. həmin Qanunun 18.3-cü maddəsinə uyğun olaraq, ümumi təhsil müəssisələrində psixoloq ştatının sayını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.12. həmin Qanunun 29.5-ci maddəsinə uyğun olaraq, dövlət ümumi təhsil müəssisəsinə məxsus daşınmaz əmlakın qorunması və ərazisinin mühafizəsi ilə bağlı normativləri müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.13. həmin Qanunun 30.2-ci maddəsinə uyğun olaraq, dövlət ümumi təhsil müəssisəsini maliyyələşdirmə normativlərini müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.14. həmin Qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə səkkiz ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

 

2. Müəyyən edilsin ki:

2.1. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.10-cu, 1.0.36-cı, 4.0.12-ci, 6.2-ci, 6.4-cü, 6.5-ci, 8.2-ci, 9.2-ci, 12.8-ci, 12.9-cu, 12.10-cu, 12.13-cü, 12.15-ci, 12.16-cı, 13.5-ci, 13.9-cu, 13.10-cu, 13.19-cu, 13.22-ci maddələrində, 13.27-ci maddəsinin ikinci cümləsində,13.28-ci maddəsində, 13.29-cu maddəsinin ikinci cümləsində, 14.1-ci, 14.2-ci, 14.4-cü maddələrində, 15.3-cü maddəsinin ikinci cümləsində, 16.10-cu, 17.1-ci, 17.4-cü, 18.1-ci, 18.3-cü, 19.1-ci, 19.2-ci, 19.5-ci, 20.2-ci maddələrində, 20.4-cü maddəsinin ikinci cümləsində, 22.2.4-cü, 26.3-cü, 26.6-cı, 27.1-ci, 27.2.4-cü, 27.3-cü maddələrində, 28.1-ci maddəsinin birinci və ikinci cümlələrində, 29.5-ci, 30.2-ci, 30.4-cü, 31.1-ci və 31.5-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini, o cümlədən həmin Qanunun 4.0.1-ci (ümumi təhsil sahəsində dövlət siyasətini formalaşdırmaq üzrə), 4.0.2-ci, 4.0.3-cü, 4.0.4-cü və 4.0.8-ci (ümumi təhsilin inkişafına ayrılan dövlət büdcəsi vəsaitinin həcmini müəyyən etmək üzrə) maddələrində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.2. həmin Qanunun 1.0.36-cı, 4.0.12-ci, 8.2-ci, 12.8-ci, 12.13-cü, 12.15-ci, 12.16-cı, 13.9-cu, 13.10-cu, 13.19-cu maddələrində,13.27-ci maddəsinin ikinci cümləsində, 13.28-ci maddəsində, 13.29-cu maddəsinin ikinci cümləsində, 14.1-ci, 16.10-cu, 17.1-ci, 17.4-cü, 18.1-ci, 18.3-cü, 19.1-ci, 19.2-ci, 26.3-cü, 26.6-cı, 27.1-ci, 27.2.4-cü maddələrində, 28.1-ci maddəsinin ikinci cümləsində, 29.5-ci, 30.2-ci, 30.4-cü, 31.1-ci və 31.5-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

2.3. həmin Qanunun 4.0.1-ci (ümumi təhsil sahəsində dövlət siyasətini həyata keçirmək üzrə), 4.0.4-cü, 4.0.5-ci (ümumi təhsilin dövlət standartlarını təsdiq etmək üzrə), 4.0.6-cı, 4.0.8-ci (ümumi təhsilin inkişafına ayrılan dövlət büdcəsi vəsaitinin maliyyə mexanizmlərini və normativlərini müəyyən etmək üzrə), 4.0.10-cu (dövlət və bələdiyyə tərəfindən yaradılan ümumi təhsil müəssisələrinin nümunəvi nizamnaməsini təsdiq etmək üzrə), 4.0.11-ci, 4.0.15-ci, 4.0.16-cı, 4.0.21-ci (ümumi təhsil müəssisəsinin akkreditasiyası və təhsilverənlərinin sertifikatlaşdırılması qaydasını müəyyən etmək üzrə), 4.0.22-ci (ümumi təhsil müəssisəsində ödənişsiz tibbi xidmətin təşkili qaydasını müəyyənləşdirmək üzrə), 4.0.23-cü, 4.0.25-ci, 4.0.26-cı (ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasının aparılması qaydasını müəyyən etmək üzrə), 4.0.27-ci və 4.0.31-ci maddələrində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

2.4. həmin Qanunun 1.0.10-cu, 6.2-ci, 6.4-cü, 6.5-ci, 9.2-ci, 12.9-cu (tabeliyindəki ümumi təhsil müəssisələrinə, həmçinin Azərbaycan Respublikası Prezidentinin başqa qayda müəyyən etdiyi hallar istisna olmaqla, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin təklifi əsasında onların tabeliyində yaradılması nəzərdə tutulan ümumi təhsil müəssisələrinə münasibətdə), 12.10-cu, 13.5-ci, 13.22-ci, 14.2-ci, 14.4-cü maddələrində, 15.3-cü maddəsinin ikinci cümləsində, 20.2-ci maddəsində, 20.4-cü maddəsinin ikinci cümləsində, 22.2.4-cü, 27.3-cü maddələrində və 28.1-ci maddəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Təhsil Nazirliyi nəzərdə tutulur;

2.5. həmin Qanunun 4.0.1-ci (ümumi təhsil sahəsində dövlət siyasətini həyata keçirmək üzrə), 4.0.4-cü, 4.0.5-ci (ümumi təhsilin dövlət standartlarının icrasına nəzarəti həyata keçirmək üzrə), 4.0.7-ci, 4.0.9-cu, 4.0.10-cu (bələdiyyə və özəl ümumi təhsil müəssisələrinin nizamnamələrinə rəy vermək üzrə), 4.0.12-ci, 4.0.13-cü, 4.0.14-cü, 4.0.17-ci, 4.0.18-ci, 4.0.19-cu, 4.0.21-ci (ümumi təhsil müəssisəsinin akkreditasiyasını və təhsilverənlərinin sertifikatlaşdırılmasını həyata keçirmək üzrə), 4.0.24-cü, 4.0.26-cı (ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyası istisna olmaqla, təhsilalanların attestasiyasının aparılması qaydasını müəyyən etmək üzrə), 4.0.28-ci, 4.0.29-cu, 4.0.30-cu və 4.0.32-ci maddələrində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Təhsil Nazirliyi həyata keçirir;

2.6. həmin Qanunun 19.5-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi nəzərdə tutulur;

2.7. həmin Qanunun 12.9-cu və 20.2-ci maddələrində “orqan (qurum)” dedikdə tabeliyində ümumi təhsil müəssisələri olan icra hakimiyyəti orqanları nəzərdə tutulur;

2.8. həmin Qanunun 4.0.8-ci (ümumi təhsilin inkişafına ayrılan dövlət büdcəsi vəsaitinin icrasına nəzarəti təmin etmək üzrə) maddəsində nəzərdə tutulmuş vəzifəni Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, 4.0.20-ci maddəsində nəzərdə tutulmuş vəzifəni Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, 4.0.22-ci (dövlət ümumi təhsil müəssisəsində tibbi xidməti təmin etmək üzrə) maddəsində nəzərdə tutulmuş vəzifəni Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirirlər;

2.9. həmin Qanunun 4.0.9-cu, 4.0.13-cü, 4.0.18-ci, 4.0.24-cü və 4.0.32-ci maddələrində nəzərdə tutulmuş vəzifələri tabeliyində ümumi təhsil müəssisələri olan icra hakimiyyəti orqanları həyata keçirirlər;

2.10. həmin Qanunun 4.0.26-cı (ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun attestasiyasını həyata keçirmək üzrə) maddəsində nəzərdə tutulmuş vəzifəni Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi həyata keçirir.

 

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 may 2019-cu il.