Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) dövlət qurumlarında çalışan şəxslər, dövlət institutlarında çalışan tədqiqatçılar və özəl sektorun nümayəndələri üçün Ajou Universitetində Beynəlxalq ticarət və beynəlxalq biznes üzrə 16 aylıq (2010-cu ilin fevralından – 2011-ci ilin iyuluna qədər) magistr proqramı elan edir.
Proqram çərçivəsində təhsil ingilis dilində aparılacaqdır.
Proqramda iştirak etmək arzusunda olan namizədlər üçün müəyyən edilmiş tələblər aşağıdakılardır:
· namizəd ali təhsilli olmalı;
· ingilis dilini yüksək səviyyədə bilməli;
· tibbi cəhətdən sağlam olmalı;
· yaş həddi 35-dən aşağı olmalı;
· namizəd əvvəllər KOICA tərəfindən həyata keçirilmiş proqramlarda iştirak etməməlidir.
Proqram çərçivəsində bütün xərclər KOICA tərəfindən ödənilir.
Proqramda iştirak etmək arzusunda olan namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
- KOICA ərizə forması;
- Ajou Universitetinin ərizə forması;
- əsaslandırma (motivasiya) məktubu;
- iki ədəd tövsiyə məktubu;
- diplom və diplom əlavəsinin notarial qaydada təsdiq edilmiş surəti;
- TOEFL və ya IELTS sertifikatı;;
- xarici pasportun surəti;
- 3 x 4 ölçüdə iki ədəd fotoşəkil;
- CV.
QEYD: ingilis dilində olmayan bütün sənədlər bu dilə tərcümə olunmalı və notarial qaydada təsdiq edilməlidir.
Məlumatları və ərizə formalarını aşağıdakı linklərdən yükləyə bilərsiniz:
Təqaüd proqramında iştirak etmək arzusunda olan namizədlər sənədlərini 25 noyabr 2009-cu il tarixinə qədər Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə təqdim etməlidirlər (Könül Məhərrəmova - tel: 496 33 11; dax: 251).
9 il əvvəl
Elanlar
-
Elm və Təhsil Nazirliyi tərəfindən vətəndaşlara göstərilən xidmətlər barədə anket sorğusu
23.11.2024 - 10:50 -
Doktorantların və gənc tədqiqatçıların XXVII Respublika elmi konfransı keçiriləcək
16.10.2024 - 10:00 -
“2024/2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” qrant müsabiqəsi
04.10.2024 - 17:06 -
“Maarifçi” tələbə-məzun təcrübə proqramına sən də qoşul!
05.08.2024 - 12:00 -
“2024/2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” qrant müsabiqəsi
26.07.2024 - 10:00