Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) dövlət qurumlarında çalışan şəxslər, dövlət institutlarında çalışan tədqiqatçılar və özəl sektorun nümayəndələri üçün Ewha Qadınlar Universitetində beynəlxalq elmlər üzrə 16 aylıq (2010-cu ilin fevralından – 2011-ci ilin iyununa qədər) magistr proqramı elan edir.
Proqramda yalnız qadınlar iştirak edə bilərlər. Proqram çərçivəsində təhsil ingilis dilində aparılacaqdır.
Təqaüd proqramında iştirak etmək arzusunda olan namizədlər üçün müəyyən edilmiş tələblər aşağıdakılardır:
· namizəd ali təhsilli olmalı;
· ingilis dilini yüksək səviyyədə bilməli;
· tibbi cəhətdən sağlam olmalı;
· namizədin yaşı 35-dən aşağı olmalı;
· namizəd əvvəllər KOICA tərəfindən həyata keçirilmiş proqramlarda iştirak etməməlidir.
Proqram çərçivəsində bütün xərclər KOICA tərəfindən ödənilir.
Proqramda iştirak etmək arzusunda olan namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
- KOICA ərizə forması;
- Ewha Beynəlxalq Elmlər Məktəbinin (Ewha GSIS) ərizə forması;
- əsaslandırma (motivasiya) məktubu;
- iki ədəd tövsiyə məktubu;
- diplom və diplom əlavəsinin notarial qaydada təsdiq edilmiş surəti;
- TOEFL və ya IELTS sertifikatı (əgər varsa);
- iş haqqında arayış (əgər varsa);
- şəxsiyyət vəsiqəsi və ya xarici pasportun surəti;
- 3 x 4 ölçüdə iki ədəd fotoşəkil.
QEYD: ingilis dilində olmayan bütün sənədlər bu dilə tərcümə olunmalı və notarial qaydada təsdiq edilməlidir.
Ewha GSIS ərizə formasını http://gsis.ewha.ac.kr/ekoica internet səhifəsindən də əldə edə bilərsiniz. Məlumatları və ərizə formalarını, həmçinin aşağıdakı linklərdən yükləyə bilərsiniz:
Təqaüd proqramında iştirak etmək arzusunda olan namizədlər sənədlərini 19 noyabr 2009-cu il tarixinə qədər Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə təqdim etməlidirlər (Könül Məhərrəmova - tel: 496 33 11; dax: 251).
11 il əvvəl
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
