• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

British Council 2010-cu il üçün Con Smit Təqaüd Proqramını elan edir.

Artıq dördüncü ildir ki, azərbaycanlı gənclər Con Smit Təqaüd Proqramında iştirak edirlər. Hər il 3 nəfər azərbaycanlı gənc Birləşmiş Krallıqda 5 həftəlik intensiv proqram çərçivəsində idarəetmə, demokratiya və sosial ədalət sahəsində biliklərə yiyələnir. Bu təqaüd proqramı tədris, iş yerlərində təcrübə və Böyük Britaniyanın demokratiya təcrübəsinə yiyələnməyə imkan verən görüşlərdən ibarətdir.
Proqram demokratik dəyərləri təbliğ etməyə marağı və bacarığı olan, siyasət, yerli idarəetmə, yaxud vətəndaş cəmiyyəti sahələrində aparıcı vəzifələrdə çalışanlar üçün nəzərdə tutulub.
Uğurlu namizədlər üçün ingilis dilinin minimum səviyyəsi İELTS (Beynəlxalq İngilis Dili Test Sistemi) 6 baldır. Müsahibədən keçən namizədlərin seçim prosesinin son mərhələsində İELTS imtahanının verilməsi tələb oluna bilər.
Bu proqram Con Smit Xatirə Fondu, British Council və Konstitusiya İşləri üzrə Departamentin (Böyük Britaniya Ədliyyə Nazirliyi) birgə proqramıdır. Con Smit Xatirə Fondu heç bir siyasi partiyadan asılı olmayan müstəqil xeyriyyə cəmiyyətidir.
Siyasi sahədə, yerlı idarəetmədə, media və ya vətəndaş cəmiyyətində çalışan, demokratik dəyərləri və idarəetməni inkişaf etdirməkdə marağı olan 25-40 yaşlı şəxslər ideal namizəd hesab olunurlar.
Sənədlərin qəbulu 9 noyabr 2009-cu ildə başa çatır.
Proqram barədə ətraflı məlumatı http://www.britishcouncil.org/az/azer­­­­­­­­­­­­­­­baijan-education-study-­­in-uk-john-smith.htm  saytından və Proqramlar üzrə menecer Natiq Hacıyevdən ala bilərsiniz.
Tel: 4971593; 4972013.
Faks: 4989236
E-mail: natig.hajiyev@britishcouncil.az

Http://www.britishcouncil.az


9 il əvvəl