Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Almaniyanın Höte İnstitutu tərəfindən Alman dili müəllimləri üçün 2010-cu il üzrə Almaniyada təkmilləşdirmə kurslarında iştirak etmək məqsədi ilə təqaüdlər ayrılacaqdır.
Proqram üçün tələblər aşağıdakı kimidir:
• namizəd 2006-2009-cu illərdə Almaniyada elan edilmiş hər hansı bir təqaüd proqramının iştirakçısı olmamalı;
• proqramda iştirak edəcək namizəd Azərbaycana qayıtdıqdan sonra ən azı 6 il ərzində Alman dili müəllimi olaraq fəaliyyətini davam etdirməlidir.
Bundan başqa, proqramda iştirak edəcək müəllimlər Höte İnstitutunun Azərbaycanda keçirdiyi tədbirlərdə mütəmadi olaraq iştirak etməli və seminarlarda əldə etdikləri bilik və təcrübəni öz ölkələrində tətbiq etməlidirlər.
Təqaüd proqramında iştirak etmək arzusunda olan namizədlər müvafiq qaydada doldurulmuş ərizə formasını cari ilin 6 noyabr tarixinə qədər Almaniya Federativ Respublikasının ölkəmizdəki səfirliyinə təqdim etməlidirlər.
Proqram barədə ətraflı məlumatları və ərizə formalarını www.goethe.de/ins/ge/tif/lhr internet səhifəsindən əldə edə bilərsiniz. Ərizə formalarını, Almaniya Federativ Respublikasının ölkəmizdəki səfirliyindən də əldə etmək mümkündür.
11 il əvvəl
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
