Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) bakalavr və ya bakalavrdan sonrakı dərəcəyə malik universitet əməkdaşları üçün Koreyanın Ajou Universitetində Beynəlxalq Ticarət və Beynəlxalq Biznes təqaüd proqramını təklif edir:
Proqram 12 fevral 2013-cü ildən 4 iyul 2014-cü ilədək 16 aylıq müddəti əhatə edir.
Proqramda iştirak etmək arzusunda olan namizədlər üçün müəyyən edilmiş tələblər aşağıdakılardır:
- namizəd ən azı bakalavr dərəcəsinə malik dövlət rəsmisi, həmçinin dövlət sektorunda çalışan olmalı və ya müvafiq nazirlik tərəfindən tövsiyə olunmuş QHT nümayəndələri olmalı (həmçinin, ali təhsil müəssisələrinin nümayəndələri də iştirak edə bilərlər);
- ingilis dilini yüksək səviyyədə bilməli;
- Azərbaycan Respublikasının vətəndaşı olmalı;
- tibbi cəhətdən sağlam olmalı;
- namizəd əvvəllər KOICA tərəfindən həyata keçirilmiş təqaüd proqramlarında iştirak etməməlidir.
Təqaüd proqramında iştirakla bağlı bütün xərclər KOICA tərəfindən maliyyələşdiriləcəkdir.
Məlumatları və ərizə formalarını əldə etmək üçün Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə müraciət edə bilərsiniz (Aqil Vəliyev, tel: 496-34-14)
Təqaüd proqramında iştirak etmək arzusunda olan namizədlər ərizə formasını və digər lazımi sənədləri 16 noyabr 2012-ci il tarixinə qədər Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə təqdim etməlidirlər.
QEYD: müraciət edən namizədlər, həmçinin çalışdığı qurumun müvafiq tövsiyə məktubunu da Təhsil Nazirliyinə təqdim etməlidirlər.
10 il əvvəl
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
