Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilk peşə-ixtisas təhsili müəssisələrində ixtisas fənləri üzrə müəllim və istehsalat təlimi ustası vakant yerlərinin tutulması üzrə müsabiqə elan edir
İlk peşə-ixtisas təhsili müəssisəsində ixtisas fənləri üzrə müəllim və istehsalat təlim ustası vakant yeri tutmaq üçün qaydalar:
1. İlk peşə-ixtisas təhsili müəssisələrinə peşə-ixtisas fənləri üzrə müəllimlərin və istehsalat təlimi ustalarının işə qəbulu mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə həyata keçirilir;
2. Müsabiqə Təhsil Nazirliyi tərəfindən yaradılmış komissiya tərəfindən həyata keçirilir;
3. Müsabiqədə vakant yerin profilinə uyğun bütün ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş, müvafiq dövlət təhsil sənədi (diplom) almış mütəxəssislər iştirak edə bilərlər;
4. Elanda göstərilən vakant yerlərə sənəd qəbulu 03-14 oktyabr 2011-ci il tarixlərdə H. Əliyev prospekri, 81 ünvanda yerləşən 3№-li Bakı Peşə Liseyində həyata keçirilir;
5. Hər hansı səbəbdən müəyyən edilən vaxtda müsabiqədə iştirak etməyənlər üçün təkrar müsabiqə təşkil edilmir və həmin şəxslər növbəti ildə ümumi qaydada müsabiqədə iştirak edə bilərlər;
6. Müsabiqə zamanı ixtisası üzrə azı üç il əmək stajı olanlara, təhsil müəssisələrində iş təcrübəsi olanlara, peşəsi üzrə yüksək dərəcəli mütəxəssislərə üstünlük verilir;
7. Müsabiqə iştirakçıları ilkin pedaqoji məlumatlara malik olmalı, şagirdlərlə işləmək bacarıqlarını, ilk-peşə ixtisas təhsili müəssisələrinin iş prinsiplərini bildiklərini, tədris-təlim prosesinin işi barədə biliklərə malik olduqlarını nümayiş etdirməlidirlər;
8. Müsabiqə komissiyasının qərarı ilə müəyyən edilən ilk peşə-ixtisas təhsili müəssisəsinin direktoru müsabiqədən keçən şəxs ilə əmək müqaviləsi bağlayır. İştirakçının sənədləri onun iş yerinə göndərilir;
9. Müsahibənin nəticələri barədə şikayətlərə müsahibə komissiyasının işı yekunlaşdıqdan sonra bir həftə ərzində baxılır.
Müsahibədə iştirak etmək üçün aşağıda göstərilən sənədlər təqdim olunur:
- Azərbaycan Respublikası Təhsil Nazirinin adına ərizə;
- Təhsil sənədi (əsli, surəti əlavə olunur);
- Əmək kitabçasının surəti;
- Şəxsiyyət vəsiqəsi (surəti əlavə olunur);
- Sağlamlıq haqqında arayış (istehsalat təlimi ustaları üçün peşənin tələblərinə uyğun);
- Kadrların şəxsi uçot vərəqi.
Əlaqə telefonları : 566-56-40; 514-07-51
10 il əvvəl
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
