Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Avropa Şurasının Pestalozzi proqramı çərçivəsində 2011-ci il üçün elan edilmiş təlimlər
Avropa Şurası tərəfindən Pestalozzi proqramı çərçivəsində hər il müxtəlif növ təlim proqramları və seminarlar təşkil olunur. Təlim proqramları, modul və seminarların məqsədi təhsil işçilərinin peşəkar inkişafının təmin edilməsidir.
Bu proqramlar əsasən orta məktəb müəllimləri və orta məktəb sektorunda çalışan şəxslər üçün nəzərdə tutulmuşdur və iştirakçıların beynəlxalq nəqliyyat, eləcə də tədbir müddətində yemək və yaşayış xərcləri təşkilatçılar tərəfindən ödənilir.
Adı çəkilən tədbirlərdə Avropa Mədəniyyət Konvensiyasına üzv olan ölkə olaraq Azərbaycandan olan namizədlər də iştirak edə bilir. Pestalozzi proqramının rəsmi internet səhifəsində (www.coe.int/pestalozzi) seminar və təlim proqramları, eləcə də iştirak qaydaları barədə məlumatlar müntəzəm olaraq yerləşdirilir. Növbəti 2011-ci ildə proqram çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan yeni təlim, modul və seminarlar barədə məlumatları da qeyd olunmuş internet ünvanından əldə etmək mümkündür.
Pestalozzi proqramının təlim və seminarlarında iştirak etmək arzusunda olan namizədlər yuxarıda göstərilən internet səhifəsindən ərizə formasını yükləyərək onu konkret bir proqram üzrə müəyyən edilmiş son müraciət tarixindən ən azı 5 gün öncədən Təhsil Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinə (Könül Məhərrəmova; tel: 496 33 11 - daxili nömrə: 248) təqdim etməlidir.
Qeyd: natamam şəkildə doldurulmuş ərizələr və proqram çərçivəsində hədəf qrupa uyğun gəlməyən namizədlərin sənədləri nəzərə alınmayacaqdır. Ərizə formasında göstərilən National Liaison Officer bölməsi doldurulmamalıdır.
10 il əvvəl
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
