Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Avropa Şurası mühəndislər, geoloqlar, bioloqlar və digər ixtisaslar üzrə magistratura səviyyəsində təhsil alan tələbələr üçün kurslar təklif edir
Avropa Şurası 10-14 oktyabr 2011-ci il tarixlərində mühəndislər, geoloqlar, bioloqlar və digər ixtisaslar üzrə magistratura səviyyəsində təhsil alan tələbələr üçün Avropa və Aralıq dənizində əsas təhlükələr üzrə Saziş çərçivəsində Strasburq Universiteti ilə əməkdaşlıq şəraitində Strasburqda aşağıdakı sahələrdə 1 (bir) həftəlik kurslar təklif edir:
- Avropa və Aralıq dənizində əsas təhlükələr üzrə Saziş;
- İqlim dəyişikliyi: əsas bilgilər və risklərin idarə olunması;
- İqlim riskinin enerji tərəfləri və sağlamlığa təsiri: Sahara səhrasının nümunəsi;
- Qitələrdə su dövriyyəsi, rütubətli ərazilərin ekologiyası;
- Mərcan rifləri və iqlim tendensiyaları;
- Su ehtiyatları: içməli su, su təmizləmə şəbəkələri;
- Meydana çıxan virus xəstəlikləri və iqlim dəyişikliyi;
- Bakterioloji xəstəliklər;
- Fövqəladə hallarda tibb (yuxarı tənəffüs yolları ilə yayılan xəstəliklər);
- Beynəlxalq kontekstdə iqlim dəyişikliyinin sosial-iqtisadi aspektləri.
Daha ətraflı məlumatları və ərizə formalarını www.coe.int/europarisks internet səhifəsindən əldə etmək olar.
Sənədlər 15 sentyabr 2011-ci il tarixinədək Avropa Şurasının Katibliyinə təqdim oluna bilər.
10 il əvvəl
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
