Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
ELAN
Türkiyə Respublikasının Təhsil Nazirliyi Türk İşbirliyi və Kalkınma idarəsinin (TİKA) rəhbərliyi ilə birgə “Sənayedə avtomatlaşdırma texnologiyaları sahəsində müəllim təlimi” mövzusunda layihə həyata keçirməkdədir. Bu layihə çərçivəsində 10 noyabr-5 dekabr 2008-ci il və 24 may-18 iyun 2010-cu il tarixlərində İzmir Mazhar Zorlu Texniki və Sənaye Peşə Liseyində müəllim təlimi mərkəzində təlimlər keçirilib.
Üçüncü qrup 10 müəllimin təlimi isə 02-27 may 2011-ci il tarixləri arasında planlaşdırılır. Bu müəllimlərin seçimi aşağıdakı tələblərə uyğun aparılır:
1. İKT sahəsində işləmək, bu sahə üzrə ixtisaslaşmış texniki peşə məktəbində ən az 5 illik iş təcrübəsinə malik olmaq;
2. Mexanika, elektronika, İKT sahələrindən biri üzrə ali məktəb məzunu olmaq;
3. 40-dan aşağı yaşda olmaq;
4. Oxumaq, yazmaq və anlamaq səviyyəsində Türk dilini bilmək;
5. Fiziki cəhətdən sağlam olmaq;
6. Türkiyədə birinci və ikinci qrup təlimlərdə iştirak etməmək.
Bununla bağlı, ilk peşə ixtisas təhsili müəssisələrinin mühəndis-pedogoji heyətinin müvafiq sənədlərlə 1 aprel 2011-ci il saat 18:00 tarixinə qədər Təhsil Nazirliyi Texniki peşə təhsili şöbəsinə müraciət edə bilərlər.
Əlaqələndirici şəxs: Texniki peşə təhsili şöbəsinin aparıcı məsləhətçisi N.Mahmudov.
Telefon: (+ 99412) 496-06-47
Daxili: 161
e-mail: namigm@yahoo.com
10 il əvvəl
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
