Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
YUNESKO-nun Gənc Peşəkarlar Proqramı
YUNESKO tərəfindən 2011-ci il üçün Gənc Peşəkarlar Proqramı (Young Profesionals Programme) elan edilmişdir. Namizədlərə təşkilatda işləmək imkanı verən bu proqramın məqsədi YUNESKO Katibliyinin coğrafi təmsilçiliyinin genişləndirilməsi, təşkilatın işçi heyətinin gənc kadrlarla təchiz olunması, işçilər arasında qadınların sayının artırılması, eləcə də qurumun işinin ahəngdar və daha səmərəli olmasının təmin edilməsidir.
Proqram üçün müraciət edəcək şəxs maksimum 30 yaşında olmalı, ingilis və ya fransız dilini mükəmməl səviyyədə bilməli və aşağıdakı sahələrdə magistr və ya doktorluq dərəcəsinə malik olmalıdır:
- Təhsil: təhsilin iqtisadiyyatı, təhsil, siyasət və idarəetmə, təhsilin keyfiyyəti, təhsildə idarəetmə;
- Təbiət elmləri: geologiya və ya geofizika, coğrafi informasiya sistemləri (GIS), riyaziyyat və ya fizika;
- Sosial və Humanitar elmlər: elm və texnologiya etikası;
- Mədəniyyət: antropoliya, etnologiya, sosiologiya, politologiya (beynəlxalq münasibətlər ixtisası üzrə)
- Kommunikasiya və İnformasiya;
- Maliyyə menecmenti: maliyyə və ya mühasibatlıq;
- İdarəetmə: informatika, informasiya sistemləri və bu kimi sahələr (layihələrin və tətbiqi sistemlərin idarəedilməsi kimi sahələrə üstünlük veriləcəkdir)
Proqram haqqında məlumatları http://portal.unesco.org/en/ev.php-URL_ID=11714&URL_DO=DO_TOPIC&URL_SECTION=201.html internet ünvanından əldə etmək mümkündür.
Ərizə formasını yükləyin: ƏRİZƏ FORMASI
Proqramda iştirak etmək arzusunda olan namizədlər təmsil etdikləri qurumdan müvafiq tövsiyə məktubu ilə birgə sənədlərini 10 yanvar 2011-ci il tarixinə qədər Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə (K.Məhərrəmova, tel: 496-33-11; daxili-248) təqdim etməlidirlər.
11 il əvvəl
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
