Nazir müavini İdris İsayev İƏT Təhsil İnstitutunun Himayəçilər Şurasının 5-ci iclasında iştirak edib
06.11.2026 - 18:32
Noyabrın 6-da İqtisadi Əməkdaşlıq Təşkilatının Təhsil İnstitutunun Himayəçilar Şurasının 5-ci iclası onlayn formatda keçirilib.
İclasda elm və təhsil nazirinin müavini İdris İsayev iştirak edib.
Türkiyə Respublikasının Milli Təhsil Nazirliyinin sədrliyi ilə keçirilən iclasda milli təhsil naziri Yusuf Tekin, İƏT Təhsil İnstitutunun prezidenti Prof. Dr. Mehmet Akif Kireçci, İƏT-in Baş katibi Dr. Asad M. Khan, həmçinin İƏT-ə üzv və müşahidəçi dövlətlərin müvafiq təhsil nazirliklərinin yüksəkvəzifəli nümayəndələri iştirak ediblər.
İclas zamanı İƏT Təhsil İnstitutunun 2023–2026-cı illər üzrə fəaliyyətinə dair hesabat təqdim edilib, habelə 2027–2030-cu illər üzrə Fəaliyyət Planı nəzərdən keçirilib. Bununla yanaşı, İnstitutun gələcək inkişaf istiqamətləri, təhsil sahəsində regional əməkdaşlığın genişləndirilməsi, akademik mobilliyin təşviqi, bilik və təcrübə mübadiləsinin gücləndirilməsi, həmçinin üzv dövlətlər arasında birgə layihələrin həyata keçirilməsi ətrafında fikir mübadiləsi aparılıb.
İclasda çıxış edən elm və təhsil nazirinin müavini İdris İsayev təhsil və elm sahələrində regional əməkdaşlığın genişləndirilməsinin, üzv dövlətlər arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsinin və birgə təşəbbüslərin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Nazir müavini Azərbaycanda insan kapitalının inkişafı, təhsil sisteminin rəqəmsal transformasiyası, ali təhsilin beynəlmiləlləşdirilməsi və universitetlərin beynəlxalq rəqabətqabiliyyətliliyinin artırılması istiqamətində görülən işlər barədə məlumat verib. Bu çərçivədə STEAM və “Rəqəmsal bacarıqlar” layihələri, akademik mobilliyin təşviqi, beynəlxalq birgə təhsil proqramlarının inkişafı, universitet-sənaye əməkdaşlığının gücləndirilməsi, eləcə də elm, texnologiya və innovasiya sahələrində həyata keçirilən təşəbbüslər diqqətə çatdırılıb.
İdris İsayev İƏT üzv dövlətləri ilə təhsil və elm sahələrində mövcud tərəfdaşlıqların genişləndirilməsinin, birgə təhsil və elmi-tədqiqat layihələrinin həyata keçirilməsinin, habelə bilik və qabaqcıl təcrübə mübadiləsinin regionda insan kapitalının inkişafına və təhsil sistemlərinin rəqabətqabiliyyətliliyinin artırılmasına töhfə verəcəyini bildirib.
İƏT Təhsil İnstitutunun Himayəçilar Şurasının 5-ci iclasında İnstitutun prezidenti və digər idarəetmə orqanlarına seçkilər keçirilib.
Seçkilərin nəticələrinə əsasən, professor Mehmet Akif Kireçci növbəti müddətə İƏT Təhsil İnstitutunun prezidenti seçilib.
Qeyd edək ki, İƏT Təhsil İnstitutunun Himayəçilar Şurasının üç ildən bir keçirilən növbəti iclasının 2030-cu ildə təşkil olunması nəzərdə tutulur.
Elanlar
-
Elm və Təhsil Nazirliyi ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi QHT-lər üçün qrant müsabiqəsi elan edir
22.10.2026 - 16:32 -
Süni intellekt və kibertəhlükəsizlik sahəsində inkişafın sürətləndirilməsi üzrə qrant müsabiqəsi elan edilir
20.10.2026 - 12:37 -
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40
