“BilBacar” müsabiqəsi yenidən başlayır!
03.11.2026 - 16:58
“BilBacar” müsabiqəsi yenidən başlayır!
Müsabiqə 2026/2027-ci tədris ilində III-IV sinif şagirdlərini əhatə edəcək. Bu il müsabiqənin məqsədi ibtidai sinif şagirdlərinin təbiət elmləri (həyat bilgisi çərçivəsində) və riyaziyyat üzrə bilik və bacarıqlarını inkişaf etdirmək, eyni zamanda, onlara kompüter əsaslı qiymətləndirmə mühitində təcrübə qazandırmaqdır.
Müsabiqə 2026-cı ilin noyabr ayından 2027-ci ilin may ayınadək virtual platforma üzərindən keçiriləcək. Yarış çərçivəsində şagirdlərə təxminən 40-60 sual təqdim olunacaq. Şagirdlərin yarış mərhələsinə hazırlaşmaları üçün platformada “Hazırlıq” bölməsi də fəaliyyət göstərəcək.
Şagirdlər topladıqları ballara əsasən altı liqa üzrə sıralanacaqlar. Birinci mərhələnin nəticələrinə əsasən “Qızıl”, “Kristal”, “Çempion” və “Usta” liqalarında yer alan şagirdlər 2027-ci ilin iyun ayının ilk yarısında keçiriləcək final mərhələsində iştirak edəcəklər. Final mərhələsinin qalibləri diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
Elanlar
-
Elm və Təhsil Nazirliyi ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi QHT-lər üçün qrant müsabiqəsi elan edir
22.10.2026 - 16:32 -
Süni intellekt və kibertəhlükəsizlik sahəsində inkişafın sürətləndirilməsi üzrə qrant müsabiqəsi elan edilir
20.10.2026 - 12:37 -
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40
