Elm və təhsil naziri və Laos Xalq Demokratik Respublikasının Prezidenti Bakı Dövlət Universitetində tələbələrlə görüşüb
Oktyabrın 13-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit Azərbaycana rəsmi səfəri çərçivəsində Bakı Dövlət Universitetini (BDU) ziyarət edib, burada təhsil alan tələbələrlə görüşüb.
BDU-nun rektoru Elçin Babayev görüşdə çıxış edərək universitetin Laosun aparıcı universitetləri ilə tərəfdaşlıq əlaqələri qurmaqda maraqlı olduğunu və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi üçün imkanların mövcudluğunu qeyd edib.
Elm və təhsil naziri Emin Əmrullayev çıxışı zamanı sovet dövründə 2 minə yaxın Laos vətəndaşının Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində təhsil aldığını bildirib. Nazir “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramının yaratdığı imkanları qeyd edərək Laosdan olan gəncləri bu imkanlardan yararlanmağa dəvət edib. Nazir həmçinin iki ölkənin universitetləri və elmi-tədqiqat müəssisələri arasında əməkdaşlığın, tələbə və akademik heyət mübadiləsinin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit isə iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi diqqət yetirdiyini bildirib.
Görüşün sonunda Laos Prezidenti tələbələrin suallarını cavablandırıb.
Thonqlun Sisulit daha sonra BDU-nun fəxri doktoru Ümummilli lider Heydər Əliyevin adını daşıyan muzeylə tanış olub.
13.10.2026 - 23:10
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
1 il əvvəl -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
1 il əvvəl
