Bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib
Mayın 8-də Elm və Təhsil Nazirliyi və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib.
Tədbirdə dövlət rəsmiləri, Milli Məclisin deputatları, ali təhsil müəssisələrinin rəhbərləri, tanınmış mədəniyyət və incəsənət xadimləri, media nümayəndələri, müəllimlər və tələbələr iştirak ediblər.
Konsert proqramında tələbələrin ifasında ulu öndərə həsr olunmuş mahnılar səsləndirilib, şeirlər bədii qiraət olunub, həmçinin müxtəlif rəqs kompozisiyaları təqdim edilib.
Qeyd edək ki, müsabiqə-festival üç mərhələdən ibarət olub. Birinci mərhələdə respublikada fəaliyyət göstərən 26 ali təhsil müəssisəsində yaradılmış münsiflər heyətlərinin iştirakı ilə seçim turları keçirilib. Bu mərhələdə 2 minə yaxın tələbə iştirak edib. Onların arasından seçilən 576 nəfər tələbə növbəti mərhələyə vəsiqə qazanıb.
İkinci mərhələdə seçimlər peşəkar münsiflər heyəti tərəfindən həyata keçirilib. Münsiflərin qiymətləndirməsi əsasında final mərhələsinə vəsiqə qazanan iştirakçılar yekun konsertdə çıxış edərək öz bacarıqlarını nümayiş etdiriblər.
Festivalın əsas məqsədi gənclər arasında bədii yaradıcılığa marağı artırmaq, onların mədəni potensialını inkişaf etdirmək, asudə vaxtlarının səmərəli təşkilinə dəstək vermək, eləcə də ulu öndər Heydər Əliyevin mədəniyyət və incəsənət sahəsindəki zəngin irsini təbliğ etməkdir.
Müsabiqə-festivalın qalibləri yekun konsertin nəticələrinə uyğun olaraq müəyyən ediləcək.
Qaliblər Fəxri fərman və hədiyyələrlə mükafatlandırılacaqlar.
08.05.2026 - 20:52
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
