Emin Əmrullayev yüksək dövlət təltiflərinə layiq görülmüş alimlərlə görüşüb
Dekabrın 3-də elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə ölkə başçısının müvafiq sərəncamına əsasən Azərbaycan elminin inkişafında xidmətlərinə görə təltif edilən bir qrup alimlə görüşüb.
Görüş zamanı nazir Emin Əmrullayev son illərdə elmin inkişafı istiqamətində atılan əsas addımlar, aparılan struktur islahatları, elmi fəaliyyətin stimullaşdırılması, gənc tədqiqatçıların dəstəklənməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi sahəsində görülən işlər barədə ətraflı məlumat verib.
Daha sonra nazir alimlərin hər birini təbrik edərək onlara dövlət təltiflərini təqdim edib.
Alimlər də öz növbələrində göstərilən etimada və əməyə verilən dəyərə görə təşəkkürlərini bildirib, elmin inkişafına mane olduğunu düşündükləri məsələlərə diqqət çəkib, mövcud proseslərlə bağlı fikirlərini bölüşüblər. Onlar görülən işlərin əhəmiyyətini vurğulayıb və bu cür görüşlərin mütəmadi keçirilməsinin önəmini qeyd ediblər.
04.12.2025 - 15:55
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
