Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir
26 avqust saat 15:00-dan etibarən 2025–2026-cı tədris ili üzrə mərkəzləşdirilmiş qaydada şagird qəbulu həyata keçirilən 39 lisey və gimnaziyada II mərhələ seçimlərinə start verilir. II mərhələ yalnız 1-ci seçim turundan sonra boş qalan yerlər üçün nəzərdə tutulur.
Seçimlər şagirdlərin elektron yerdəyişmə portalında (https://sy.edu.az) “İmtahanlar” bölməsinə daxil olaraq edilə bilər. Bu mərhələdə hər bir şagirdə 2 seçim imkanı təqdim olunur.
II mərhələ üzrə seçimlərdə aşağıdakı şagirdlər iştirak edə bilərlər:
- İmtahanda 10 və daha yuxarı bal toplayan şagirdlər;
- I mərhələdə seçim edib, lakin qəbul olmayan şagirdlər;
- I mərhələdə seçim edib qəbul olan, lakin nəticəni təsdiqləməyən, imtina edən və ya sənədlərini qəbul olunduğu müəssisəyə təqdim etməyən şagirdlər;
- I mərhələdə ümumiyyətlə seçim etməyən şagirdlər.
Məlumat üçün bildiririk ki, II mərhələ üzrə seçim prosesi 27 avqust 2025-ci il saat 23:59-da başa çatacaq.
Qeyd edək ki, III mərhələ nəzərdə tutulmayıb.
26.08.2025 - 15:00
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
