• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində universitetlərdə görüşlər keçirilir

Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsi tərəfindən həyata keçirilən “Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində ali təhsil müəssisələrində strateji görüşlər təşkil edilir. 

 

Ali təhsilin inkişafı və keyfiyyətinin yüksəldilməsi məqsədilə həyata keçirilən bu layihə çərçivəsində ali təhsil müəssisələrində təşkil edilən görüşlərdə sözügedən təhsil sahəsində aktual məsələlər müzakirə edilir, qarşılıqlı əməkdaşlıq imkanları qiymətləndirilir.

 

Layihə çərçivəsində Azərbaycan Texniki Universitetində (AzTU) və Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) görüşlər təşkil olunub. Görüşlərdə hər iki universitetin rəhbərliyi, professor-müəllim heyəti və Elm və Təhsil Nazirliyinin müvafiq şöbəsinin nümayəndələri iştirak ediblər. Görüşlər zamanı ali təhsilin hazırkı vəziyyəti, universitetlərdə tədrisin təşkili və müəllim heyətinin inkişaf ehtiyacları üzrə geniş fikir mübadiləsi aparılıb. Görüş iştirakçıları tərəfindən ünvanlanan çoxsaylı suallar nazirlik nümayəndələri tərəfindən cavablandırılıb, irəli sürülən təkliflərin hüquqi-normativ bazanın təkmilləşdirilməsində nəzərə alınacağı bildirilib.

 

Görüş iştirakçıları belə əməkdaşlıq platformalarının ali təhsilin keyfiyyətinin yüksəldilməsinə əhəmiyyətli töhfə verəcəyinə ümidvar olduqlarını ifadə ediblər.

 

Qeyd edək ki, sözügedən görüşlər digər ali təhsil müəssisələrində də təşkil ediləcək. 


03.06.2025 - 10:09