İdris İsayev Özbəkistanın ali təhsil, elm və innovasiyalar naziri ilə görüşüb
Mayın 30-da Özbəkistan Respublikasının Daşkənd şəhərinə səfəri çərçivəsində elm və təhsil nazirinin müavini İdris İsayev Özbəkistan Respublikasının ali təhsil, elm və innovasiyalar naziri Konqratbay Şaripov ilə görüşüb.
Görüş çərçivəsində universitetlərarası əməkdaşlıq, o cümlədən elm və ali təhsil sahəsində inkişaf perspektivləri müzakirə edilib.
Səfər zamanı elm və təhsil nazirinin müavini İdris İsayevin rəhbərlik etdiyi nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin büstünü və Heydər Əliyev adına Mədəniyyət Mərkəzini də ziyarət edib.
30.05.2025 - 19:52
Elanlar
-
Elm və Təhsil Nazirliyi tərəfindən vətəndaşlara göstərilən xidmətlər barədə anket sorğusu
23.11.2024 - 10:50 -
Doktorantların və gənc tədqiqatçıların XXVII Respublika elmi konfransı keçiriləcək
16.10.2024 - 10:00 -
“2024/2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” qrant müsabiqəsi
04.10.2024 - 17:06 -
“Maarifçi” tələbə-məzun təcrübə proqramına sən də qoşul!
05.08.2024 - 12:00 -
“2024/2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” qrant müsabiqəsi
26.07.2024 - 10:00