“Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsinin olimpiada mərhələsinə mediatur təşkil olunub
Elm və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsinin olimpiada mərhələsinə mediatur təşkil olunub.
Mediaturda Elm və Təhsil Nazirliyinin, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin əməkdaşları, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın nümayəndələri, sahə üzrə blogerlər və media nümayəndələri iştirak ediblər.
Olimpiadanı izləyən mediatur iştirakçılarına məlumat verilib ki, “Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsinin əsas məqsədi məktəblilər arasında rəqəmsal bacarıqların inkişafına dəstək olmaq, proqramlaşdırma sahəsində onların biliklərini artırmaq, İT üzrə istedadlı məktəbliləri müəyyən edərək onlar üçün gələcək inkişaf imkanları yaratmaqdır.
Qeyd edilib ki, mərkəzləşdirilmiş qaydada təşkil olunmuş imtahanda şagirdlərə 3 saat ərzində bilik və bacarıqlarını nümayiş etdirmələri üçün 10 tapşırıq təqdim olunub. İmtahan Bakı, Sumqayıt, Gəncə və digər şəhərlər də daxil olmaqla ümumilikdə 12 mərkəzdə təşkil olunub. İmtahandan yüksək nəticə göstərən şagirdlər yarımfinal mərhələsinə vəsiqə qazanacaqlar.
Müsabiqənin final mərhələsində 120 iştirakçıdan ibarət 30 komanda yarışacaq. Qalib komandaları dəyərli mükafatlar və xüsusi hədiyyələr gözləyir.
31.05.2025 - 11:30
Elanlar
-
Elm və Təhsil Nazirliyi tərəfindən vətəndaşlara göstərilən xidmətlər barədə anket sorğusu
23.11.2024 - 10:50 -
Doktorantların və gənc tədqiqatçıların XXVII Respublika elmi konfransı keçiriləcək
16.10.2024 - 10:00 -
“2024/2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” qrant müsabiqəsi
04.10.2024 - 17:06 -
“Maarifçi” tələbə-məzun təcrübə proqramına sən də qoşul!
05.08.2024 - 12:00 -
“2024/2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” qrant müsabiqəsi
26.07.2024 - 10:00