Ulu öndər Heydər Əliyevin 102 illik yubileyi Elm və Təhsil Nazirliyində qeyd edilib
Mayın 8-də Elm və Təhsil Nazirliyində Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının Elm və Təhsil Nazirliyi ərazi üzrə ilk partiya təşkilatının ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbiri keçirilib.
Tədbir “Heydər Əliyev və Azərbaycan təhsili” adlı videoçarxın nümayiş etdirilməsi ilə başlayıb.
Heydər Əliyevin uzaqgörən dövlətçilik və idarəçilik siyasətinə toxunan elm və təhsil nazirinin müavini Firudin Qurbanov ümummilli liderin Azərbaycanda dövlət quruculuğu, siyasi sabitliyin təmin edilməsi, ölkənin beynəlxalq nüfuzunun gücləndirilməsi, təhsil və digər sahələrin inkişafı baxımından müstəsna xidmətləri barədə danışıb. Firudin Qurbanov ulu öndərin müəyyən etdiyi inkişaf strategiyasının, təhsil sahəsinə göstərdiyi yüksək diqqətin bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Çıxış edən Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev, nazirliyin Maliyyə şöbəsinin müdiri, Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının Elm və Təhsil Nazirliyi ərazi partiya təşkilatının sədri Rauf Orucov, Bakı Dövlət Universitetinin kafedra müdiri Azad Rzayev və digər qonaqlar ulu öndərin Azərbaycanda dövlət quruculuğu, müstəqilliyimizin bərpası və ölkəmizin dünya miqyasında tanınması baxımından misilsiz xidmətləri barədə fikirlərini bölüşüblər.
Çıxışlardan sonra Elm və Təhsil Nazirliyi Ərazi üzrə Partiya Təşkilatının İdarə heyətinin yeni üzvlərinə biletlər təqdim edilib və uğurlar arzulanıb.
08.05.2025 - 18:00
Elanlar
-
Elm və Təhsil Nazirliyi tərəfindən vətəndaşlara göstərilən xidmətlər barədə anket sorğusu
23.11.2024 - 10:50 -
Doktorantların və gənc tədqiqatçıların XXVII Respublika elmi konfransı keçiriləcək
16.10.2024 - 10:00 -
“2024/2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” qrant müsabiqəsi
04.10.2024 - 17:06 -
“Maarifçi” tələbə-məzun təcrübə proqramına sən də qoşul!
05.08.2024 - 12:00 -
“2024/2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” qrant müsabiqəsi
26.07.2024 - 10:00