Nazir müavini İdris İsayev Kürdəmirdə olub
Aprelin 10-da elm və təhsil nazirinin müavini İdris İsayev Kürdəmir rayonunda olub.
Əvvəlcə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimovla birgə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.
Səfər zamanı İdris İsayev Kürdəmir şəhər R.Quliyev adına 5 nömrəli tam orta məktəbə baş çəkib. Sözügedən təhsil müəssisəsində yaradılmış şəraitlə tanış olan nazir müavini müəllim və şagird kollektivi ilə də görüşüb, onların təkliflərini dinləyib və öz tövsiyələrini verib.
Nazir müavini Kürdəmir şəhərində yerləşən 10 nömrəli körpələr evi-uşaq bağçasında da təlim-tərbiyə prosesini izləyib.
Səfər çərçivəsində İdris İsayev E.Qurbanov adına Qarasu kənd tam orta məktəbində Vətən müharibəsində şəhid olmuş müəllim Qoşqar Ömərovun atası, həmin məktəbin riyaziyyat müəllimi Səxavət Ömərov ilə görüşüb. Görüş zamanı şəhid atası Qoşqar Ömərovun keçdiyi ömür yolu və müəllim kimi fəaliyyəti barədə danışıb.
Nazir müavini Kürdəmirdə vətəndaş qəbulu da keçirib. Qəbul zamanı vətəndaşlar tərəfindən işlə təmin olunma və digər mövzularla bağlı müraciətlər edilib. İdris İsayev hər bir müraciətin operativ şəkildə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli üçün müvafiq tapşırıqlar verib.
10.04.2025 - 15:02
Elanlar
-
Elm və Təhsil Nazirliyi tərəfindən vətəndaşlara göstərilən xidmətlər barədə anket sorğusu
23.11.2024 - 10:50 -
Doktorantların və gənc tədqiqatçıların XXVII Respublika elmi konfransı keçiriləcək
16.10.2024 - 10:00 -
“2024/2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” qrant müsabiqəsi
04.10.2024 - 17:06 -
“Maarifçi” tələbə-məzun təcrübə proqramına sən də qoşul!
05.08.2024 - 12:00 -
“2024/2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” qrant müsabiqəsi
26.07.2024 - 10:00