• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Məktəblilər üçün teatr pedaqogikası” layihəsi yekunlaşıb

Elm və Təhsil Nazirliyi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə cari ilin iyun ayından etibarən keçirilən “Məktəblilər üçün teatr pedaqogikası” layihəsi başa çatıb.

 

Layihə çərçivəsində 11-12 iyun tarixlərində Lənkəran rayonu və Şəki şəhərində, 15 və 17 oktyabr tarixlərində Gəncə və Mingəçevir şəhərləri, Qax, Qazax, Qusar və Ağdam rayonlarında, 9-10 dekabr tarixlərində Gəncə, Sumqayıt şəhərlərində, Qazax və Ağdam rayonlarında ümumilikdə 10 000 nəfərdən çox məktəblinin Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən teatrlarda müxtəlif mövzulara həsr olunan tamaşaları izləməsi təmin edilib.

 

Qeyd edək ki, layihənin məqsədi uşaq və gənclərdə estetik zövq formalaşdırmaq, onların incəsənətə marağını artırmaq, həmçinin asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarət olub.


10.12.2024 - 17:00