Şabran rayonunda vətəndaşlar və təhsil işçiləri ilə görüşlər keçirilib
Dekabrın 6-da Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli Şabran rayonunda olub.
Əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.
Səfər çərçivəsində Mətin Kərimli Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyevlə birgə Uşaq-Gənclər İnkişaf Mərkəzinin binasına baş çəkib.
Daha sonra Aparat rəhbəri Heydər Əliyev Mərkəzində vətəndaş qəbulu keçirib. Qəbulda vətəndaşların müraciətləri dinlənilib və onların həlli yolları müzakirə edilib.
Səfər çərçivəsində qonaqlar Şabran şəhərində yerləşən Samir Zülfüqarov adına 3 nömrəli tam orta məktəbdə olublar. Təhsil müəssisəsində mövcud şəraitlə tanış olan qonaqlar tədris prosesini izləyib, şagird və müəllim kollektivi ilə söhbət aparıblar. Söhbət zamanı şagirdlərin təhsil nailiyyətləri və gələcək planlarından söz açılıb.
Səfər zamanı Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan bir sıra ümumi təhsil müəssisələrində çalışan müəllimlərlə də görüş keçirilib, təltif edilən təhsil işçilərinə döş nişanları və fəxri fərmanlar təqdim edilib.
07.12.2024 - 10:30
Elanlar
-
Elm və Təhsil Nazirliyi tərəfindən vətəndaşlara göstərilən xidmətlər barədə anket sorğusu
23.11.2024 - 10:50 -
Doktorantların və gənc tədqiqatçıların XXVII Respublika elmi konfransı keçiriləcək
16.10.2024 - 10:00 -
“2024/2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” qrant müsabiqəsi
04.10.2024 - 17:06 -
“Maarifçi” tələbə-məzun təcrübə proqramına sən də qoşul!
05.08.2024 - 12:00 -
“2024/2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” qrant müsabiqəsi
26.07.2024 - 10:00