Nazirliyin əməkdaşları üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilir
“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022 – 2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində Azərbaycan Respublikası Baş Prokurorluğun Elm-Tədris Mərkəzi tərəfindən Elm və Təhsil Nazirliyinin əməkdaşları üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilir.
İkigünlük təlimin 30 oktyabr tarixində baş tutan ilk günündə açılış nitqi ilə çıxış edən Elm-Tədris Mərkəzinin rəisi Talıb Cəfərov təlim iştirakçılarına mərkəzin fəaliyyəti və proqram barədə məlumat verib.
Daha sonra çıxış edən Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli dövlət qulluğunda dürüstlüyün və hesabatlılığın vacibliyini vurğulayıb, korrupsiya hallarına qarşı mübarizənin və bu sahədə maarifləndirmənin Elm və Təhsil Nazirliyinin prioritet fəaliyyət istiqamətlərindən biri olduğunu qeyd edib.
Təlimin ilk günü Baş Prokurorluğun Elm-Tədris Mərkəzi və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən “Etik davranış qaydaları milli qanunvericiliyin kontekstində”, “Cinayətin anlayışı, cinayətdə iştirakçılıq və onun növləri” və digər müvafiq istiqamətlər üzrə çıxışlarla yekunlaşıb.
1 il əvvəl
Elanlar
-
Elm və Təhsil Nazirliyi tərəfindən vətəndaşlara göstərilən xidmətlər barədə anket sorğusu
27.10.2025 - 11:01 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03 -
Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkının operatorunun seçilməsi ilə bağlı müsabiqə
06.08.2025 - 16:19
