• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Nazir müavini “Əqli mülkiyyət və innovasiyalar yaşıl gələcək naminə (COP29-a doğru)” mövzusunda “dəyirmi masa”da iştirak edib

Oktyabrın 30-da Əqli Mülkiyyət Agentliyi tərəfindən “Əqli mülkiyyət və innovasiyalar yaşıl gələcək naminə (COP29-a doğru)” mövzusunda “dəyirmi masa” keçirilib. 
 

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində təşkil olunan tədbirin açılış mərasimində agentliyin sədri Kamran İmanov “dəyirmi masa”nın əsas məqsədinin əqli mülkiyyətə əsaslanan innovasiyaların yaşıl gələcəkdəki rolunu göstərmək, təhlil etmək və innovasiyalara bu həyati məsələdə dəstək verməkdən ibarət olduğunu söyləyib. 
 

Tədbirdə Kamran İmanovun “Əqli mülkiyyət və innovasiyalar yaşıl gələcək naminə (COP29-a doğru)” mövzusunda təqdimatı dinlənilib. Təqdimatda iqlim dəyişikliyi ilə bağlı ümumi mənzərə, iqlim dəyişiklikləri və dünya miqyasında patent fəaliyyəti, Azərbaycanda patent fəaliyyətinin nəticələri haqqında ətraflı məlumat verilib. 
 

“Dəyirmi masa”da çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov billdirib ki, milli iqtisadiyyatın hərəkətverici qüvvəsinə çevrilən əqli mülkiyyət iqlim dəyişikliklərinin təsirini azalda biləcək bir çox texnologiyalar təklif edir. Elmi müəssisələrdə edilən ixtiralardan danışan nazir müavini gələcəkdə universitetlərdə araşdırmaların gücləndirilməsinin vacibliyini qeyd edib, ekoloji mədəniyyətin qorunmasında kadrların hazırlanması üçün imkanlar olduğunu söyləyib.
 

İqlim dəyişikliyinin təsirləri ilə mübarizədə ekoloji cəhətdən təmiz texnologiyaların təşviqi və texnologiyaların sürətli yayılmasının vacibliyini diqqətə çatdıran Firudin Qurbanovun sözlərinə görə, əqli mülkiyyət ekosistemin müxtəlif subyektləri arasında qarşılıqlı əlaqələr təmin olunmalıdır. Elm və Təhsil Nazirliyi də bu sahədə fəaliyyətini gücləndirəcək.


Tədbirdə mədəniyyət nazirinin müavini Səadət Yusifova, ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili  Səbinə Əliyeva, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov çıxış ediblər.
 

Çıxışlarda iqlim dəyişikliyi ilə mübarizədə təkcə siyasi iradənin deyil, qabaqcıl texnologiyaların da rol oynadığı vurğulanıb, bu baxımdan əqli mülkiyyət hüquqlarının qorunmasının mühüm şərt olduğu əlavə edilib.  
 

Daha sonra “Azərbaycanda ətraf mühitin mühafizəsi və ekoloji problemlər”, “Neft qurğularında istifadə olunması üçün ekoloji təmiz örtüklər”, “Bərk məişət tullantılarından üzvi mineral gübrənin alınması üsulu”, “Daşkəsən kobalt filizinin zənginləşmə tullantılarından kobaltın çıxarılması üsulu” mövzularında çıxışlar olub.


30.10.2024 - 16:35