• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri və Macarıstanın Kənd Təsərrüfatı və Təbiət Elmləri Universitetinin rektoru ilə görüş

Oktyabrın 1-də elm və təhsil naziri Emin Əmrullayev Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tamas Torma, Macarıstanın Kənd Təsərrüfatı və Təbiət Elmləri Universitetinin rektoru Csaba Gyuricza ilə görüşüb.

Görüş zamanı 2 ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və sözügedən ali təhsil müəssisəsi ilə Azərbaycan ali təhsil müəssisələri arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.


01.10.2024 - 17:16