Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin nəticələri açıqlanıb

Avqustun 9-da təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin nəticələri elan olunub.
 

Müsabiqəyə ümumilikdə 1 636 layihə təqdim edilib ki, bu da ötən illə müqayisədə 229 layihə (14%) daha çoxdur. Daxil olan layihələrin 92-si ümumi təhsil müəssisələrinin, 1 544-ü isə təhsilverənlərin fərdi layihələridir.
 

Qrant müsabiqəsinə daxil olmuş bütün layihələr əvvəlcə texniki ekspertizadan keçirilib və nəticədə 1 549 layihə məzmun ekspertizası mərhələsinə buraxılıb. Bu mərhələdə layihələr ekspert qrupu tərəfindən 100 ballıq şkala ilə 9 meyar əsasında qiymətləndirilib və ən yüksək bal toplayan 229 layihə qrant qazanıb. Həmin layihələrin 10-u ümumi təhsil müəssisələrinin, 219-u isə təhsilverənlərin fərdi layihələridir.
 

Daha çox layihəsi qrant qazanmış şəhər və rayonlara Bakı ilə yanaşı, Şəmkir, Ağstafa, Abşeron, Cəlilabad daxildir.
 

Müsabiqənin nəticələri barədə bildirişlər, o cümlədən hər meyar üzrə layihənin topladığı ballar iştirakçıların şəxsi kabinetlərinə göndərilib. Müsabiqə iştirakçıları şəxsi kabinetlərinə göndərilmiş bildirişlərdəki təlimata uyğun olaraq apellyasiya müraciəti edə bilərlər. 
 

Müsabiqənin yekunlarını əks etdirən cədvəllə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür.


"Ümumi təhsil müəssisələri" kateqoriyası üzrə qrant ayrılmış layihələrin siyahısı


"Fərdi layihələr" kateqoriyası üzrə qrant ayrılmış layihələrin siyahısı


1 il əvvəl