• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Vətəndaş müraciətlərinin statistikası

İyulun 15-dən 31-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 64 555 vətəndaş müraciəti daxil olub.


Müraciətlərin 46 858-i çağrı mərkəzləri, 6 218-i sosial media, 2 621-i elektron, 1 492-si yazılı formada yönləndirilib. Vətəndaş qəbulu zamanı isə 7 366 müraciət qeydə alınıb. 
 

Müraciətlər tələbələrin köçürülməsi, məktəbəhazırlıq qruplarına qeydiyyat, peşə təhsili müəssisələrinə tələbə qəbulu, məktəbəqədər təhsil müəssisələrinə qəbul, şagird yerdəyişməsi, müəllimlərin işə qəbulu və digər məsələlərlə bağlı olub.


01.08.2024 - 14:59