• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Məktəblilərdən ibarət xor qruplarının ifasında “Füzuli” kantatası

Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyi münasibətilə bir sıra məktəbdənkənar və ümumi təhsil müəssisələrinin şagirdləri tərəfindən “Füzuli” kantatası ifa olunub. 
 

“Keçmişdən gələcəyə, müəllimdən şagirdə ötürülən milli-mənəvi dəyərlər” ideyasını özündə birləşdirən layihədə 400-ə yaxın şagird iştirak edib. 
 

Təhsil TV-nin dəstəyi ilə hazırlanmış videonu təqdim edirik.

 


11.07.2024 - 14:00