Elm və təhsil nazirinin müavini Özbəkistanda səfərdədir
Elm və təhsil nazirinin müavini Həsən Həsənlinin rəhbərlik etdiyi nümayəndə heyəti “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 13-cü iclası”nda iştirak məqsədilə Özbəkistanda səfərdədir.
Səfər çərçivəsində Həsən Həsənli Özbəkistan Respublikasının məktəbəqədər və ümumi təhsil nazirinin müavini Racabov Sardor Baxtiyoroviç, eləcə də elm, ali təhsil və innovasiyalar nazirinin müavini Daliyev Şoxrux Xojakbaroviçlə görüşüb.
Görüş zamanı iki ölkə arasında məktəbəqədər, ümumi təhsil, elm və ali təhsil sahələrində əməkdaşlığın cari vəziyyət və perspektivləri müzakirə olunub.
1 il əvvəl
Elanlar
-
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03 -
Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkının operatorunun seçilməsi ilə bağlı müsabiqə
06.08.2025 - 16:19 -
SOCAR-ın “Elm və Təhsil Fondu”nun müsabiqə elanı
16.07.2025 - 09:02
