ADNSU-da “Məzun günü” tədbiri keçirilib
İyulun 9-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Məzun günü” tədbiri keçirilib.
Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, elm və təhsil nazirinin müavini İdris İsayev, Milli Məclisin Təbii ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin sədri Sadiq Qurbanov, SOCAR-ın vitse-prezidenti Arzu Cavadova, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, ADNSU-nun rektor əvəzi Vazeh Əskərov və digər qonaqlar iştirak ediblər.
Tədbirdə ADNSU-nun rektor əvəzi Vazeh Əskərov əvvəlcə universiteti uğurla başa vuran məzunları təbrik edib. Vazeh Əskərov çıxışında yüksəkixtisaslı mühəndislər yetişdirən ADNSU-da təhsil və tədrisin müasir tələblərə uyğun təşkili, universitetin elmi nailiyyətləri, beynəlxalq elmmetrik bazalarda yüksək pillələrdə qərarlaşması haqqında danışıb və ölkədə ali təhsil sahəsində aparılan islahatların nəticə verdiyini bildirib. Qeyd olunub ki, bu gün ADNSU-nun 18 ixtisası beynəlxalq akkreditasiyadan keçib, eləcə də universitet QS reytinq siyahısı üzrə dünyanın 50 mindən artıq ali məktəbi arasında ilk 1 200-də yer alıb.
Çıxış edən digər iştirakçılar öz növbələrində Azərbaycan gənclərinin sağlam və savadlı yetişməsinin hər zaman prioritet məsələ olduğunu bildiriblər.
Tədbirin sonunda isə yüksək göstəriciləri olan məzunların mükafatlandırılması mərasimi keçirilib.
10.07.2024 - 16:20
Elanlar
-
Elm və Təhsil Nazirliyi tərəfindən vətəndaşlara göstərilən xidmətlər barədə anket sorğusu
23.11.2024 - 10:50 -
Doktorantların və gənc tədqiqatçıların XXVII Respublika elmi konfransı keçiriləcək
16.10.2024 - 10:00 -
“2024/2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” qrant müsabiqəsi
04.10.2024 - 17:06 -
“Maarifçi” tələbə-məzun təcrübə proqramına sən də qoşul!
05.08.2024 - 12:00 -
“2024/2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” qrant müsabiqəsi
26.07.2024 - 10:00