Uşaq inkişafı üzrə tanınmış professor “Yeni çağırışlar”da
İyulun 5-də “Yeni çağırışlar” müzakirə proqramının növbəti buraxılışı yayımlanacaq.
Proqramın budəfəki qonağı İstanbul Aydın Universitetinin müəllimi, uşaq inkişafı üzrə tanınmış mütəxəssis Belma Tuğruldur. Professor Belma Tuğrulla oyun əsaslı öyrənmə barəsində danışılacaq.
Belma Tuğrul Hacettepe Universitetinin Təhsil fakültəsinin Məktəbəqədər təhsil kafedrasında uzun illər professor olaraq çalışıb. Bununla yanaşı, Türkiyənin Milli Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “365 gün hekayə”, “365 gün oyun”, “Mənim oyun sandığım” və “Erkən uşaqlıq təhsili təqvimi” kimi layihələrdə akademik məsləhətçi olub.
Belma Tuğrul hazırda Türkiyə Milli Təhsil Nazirliyi və UNICEF ilə birgə həyata keçirilən “Oyunlarla öyrənirəm” və “Oyunlarla yaxşılaşıram” layihələrində məsləhətçi kimi fəaliyyət göstərir.
Qeyd edək ki, “Yeni çağırışlar” proqramı Elm və Təhsil Nazirliyinin “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.
03.07.2024 - 12:26
Elanlar
-
Qarabağ Universitetində vakansiya – elm və innovasiya məsələləri üzrə prorektor
02.07.2024 - 16:39 -
Qarabağ Universitetində vakansiya – tədris məsələləri üzrə prorektor
02.07.2024 - 16:38 -
Qarabağ Universitetində vakansiyalar – müəllim
21.06.2024 - 10:43 -
Qarabağ Universitetində vakansiyalar - müəllim
11.06.2024 - 14:02 -
Qarabağ Universitetində vakansiyalar – fakültə dekanı
03.06.2024 - 13:06