• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq

Aprelin 27-də IX və X sinif şagirdləri arasında təşkil olunan “Qərbi Azərbaycana qayıdış” olimpiadasının rayon (şəhər) mərhələsi keçiriləcək. Olimpiadanın ilkin mərhələsində 10 minə yaxın şagird iştirak edəcək. 

 

İlkin mərhələdə şagirdlərə qapalı test formatında 30 sual təqdim ediləcək və onların cavablandırılması üçün 70 dəqiqə vaxt veriləcək. Bu mərhələnin nəticələri əsasında olimpiadanın regional mərhələsində iştirak edəcək şagirdlər müəyyən olunacaq. 

 

Olimpiadanın final mərhələsinin iyun ayında Naxçıvan Muxtar Respublikasında keçirilməsi planlaşdırılır. 

 

Qeyd edək ki, olimpiada Elm və Təhsil Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, Təhsil İnstitutu, Qərbi Azərbaycan İcması və Naxçıvan Dövlət Universitetinin tərəfdaşlığı ilə həyata keçirilir. 

 

Olimpiadanın təşkilində məqsəd şagirdlər arasında Qərbi Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, ədəbiyyatı, görkəmli ictimai xadimləri, tarixi şəxsiyyətləri, toponimləri, folkloru haqqında maarifləndirmə işlərini aparmaq və biliklərin dərindən öyrənilməsini təmin etməkdir.


24.04.2024 - 12:55