Sumqayıt Dövlət Universitetində görüş
Elm və təhsil naziri Emin Əmrullayev Sumqayıt Dövlət Universitetində (SDU) olub.
SDU-nun rektor və professor-müəllim heyəti ilə görüşən Emin Əmrullayev ölkənin elmi-intellektual potensialının inkişafına töhfələr vermiş müəssisənin tarixi inkişaf yolu və region üçün mütəxəssis hazırlığı sahəsində əhəmiyyətindən danışıb. Bununla yanaşı, nazir dövlətin inkişaf prioritetlərinə uyğun olaraq universitetin qarşısında duran vəzifələri qeyd edib.
Kollektivə uğurlar arzulayan Emin Əmrullayev SDU-nun nüfuzlu elmi-tədris mərkəzi kimi tanınmaq üçün daha da inkişaf edəcəyinə inamını ifadə edib.
Görüş zamanı rektor Rüfət Əzizov ali təhsil ocağında tədris və təhsilin keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində qarşıda duran vəzifələr barədə məlumat verib.
Görüşdən sonra Emin Əmrullayev universitetdə yaradılmış şəraitlə də tanış olub.
22.09.2023 - 18:04
Elanlar
-
İş adamları və özəl təhsil müəssisələrinin diqqətinə!
29.11.2023 - 10:40 -
UNESCO-nun İpək Yolu Proqramı tədqiqat müsabiqəsi
24.05.2023 - 11:00 -
Qazaxıstanda təhsil imkanı – 2023/2024
12.05.2023 - 09:30 -
“Lüdovika alimləri qonaq mühazirəçi” proqramında iştirak imkanı
11.05.2023 - 12:18 -
UNESCO və Su təhlükəsizliyi və Dayanıqlı İdarəetmə Beynəlxalq Mərkəzi elmi məqalələrin qəbulunu açıq elan edir
05.05.2023 - 12:51